Accessibility links

Rusiyanın fəzaya göndərdiyi İran peyki orbitə çatıb


Qazaxıstandan start götürən Rusiyanın fəzaya göndərdiyi İran peyki çərşənbə axşamı orbitə çatıb. Peykin orbitə buraxılması Moskvanın ondan Ukraynadakı hərbi hədəflərə nəzarəti gücləndirmək üçün istifadə edə biləcəyi ilə bağlı mübahisələr fonunda baş verir.

Ukraynaya təcavüzlə bağlı Qərbin sanksiyalarından sonra Rusiyanın beynəlxalq təcridi genişlənir və Kreml Rusiyanı Yaxın Şərq, Asiya və Afrikaya yönəltməyə, ölkənin kosmos proqramı üçün yeni müştərilər tapmağa çalışır.

Qazaxıstanın Moskvanın nəzarətində olan Baykonur kosmodromunda danışan Rusiyanın kosmos idarəsinin rəhbəri Yuri Borisov “yeni və daha da böyük layihələrin həyata keçirilməsinə yol açan Rusiya-İran əməkdaşlığındakı bu mühüm mərhələni” alqışlayıb.

“Xəyyam” peykinin orbitə buraxılmasında iştirak edən İranın telekommunikasiya naziri İsa Zarepur da bu tarixi hadisəni alqışlayıb və bunu “ölkələrimiz arasında kosmos sahəsində yeni qarşılıqlı fəaliyyətin başlanması üçün dönüş nöqtəsi” adlandırıb.

“Sanksiyalara və düşmənlərin maksimum təzyiqinə baxmayaraq, İran İslam Respublikası elmi və texnoloji tərəqqisini davam edir,” İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani tvitter səhifəsində yazıb.

Moskva ilə əlaqələri qoruyub saxlayan və Ukraynaya işğalı tənqid etməkdən çəkinən İran Moskvanın “Xəyyam” peykindən Ukraynaya casusluq üçün istifadə edə biləcəyinə dair şübhələri yayındırmağa çalışıb.

Keçən həftə “The Washington Post” qərb kəşfiyyatının anonim rəsmilərinə istinadən bildirib ki, Rusiya İranın peykə nəzarəti ələ almasından əvvəl ondan öz müharibə səylərinə üçün “bir neçə ay və ya daha uzun müddət istifadə etməyi planlaşdırır”.

Peykin “Soyuz-2.1b” raketi vasitəsi ilə buraxılmasından iki saat sonra İran Kosmik Agentliyi (ISA) “yerdəki stansiyalarının ilk telemetrik məlumatları" aldığını bildirib.

Kosmik agentlik bazar günü İran İslam Respublikasının peyki “ilk gündən” idarə edəcəyini vurğulayıb.

"Heç bir üçüncü ölkə “şifrələnmiş alqoritm” səbəbindən peyk tərəfindən göndərilən məlumatlara daxil ola bilməz," agentlik deyib.

Kosmik agentliyin məlumatına görə, “Xəyyam”ın məqsədi “ölkə sərhədlərinə nəzarət etmək”, kənd təsərrüfatı məhsuldarlığını artırmaq, su ehtiyatlarına və təbii fəlakətlərə nəzarət etməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG