Accessibility links

Der Spiegel: Rusiya Çinlə kamikadze dronların tədarükü ilə bağlı danışıqlar aparır


Ukraynada İran dronu
Ukraynada İran dronu

Der Spiegel nəşri yazır ki, Rusiya Çinlə kamikadze dronların tədarükü ilə bağlı danışıqlar aparır.

Xiʼan Bingo Intelligent Aviation Technology şirkəti 2023-cü ilin aprel ayına qədər təhvil verilə biləcək 100 ZT-180 hücum pilotsuz təyyarəsinin istehsalı və sınaqdan keçirilməsinə razılıq verib. Çin istehsalçısı daha sonra dronların avto-istehsalı üçün komponentlər və texnologiyaları Rusiyaya göndərməyi planlaşdırır.

Hərbi ekspertlər hesab edirlər ki, ZT-180-nin konstruksiyası İranın Şahed-136 təyyarəsinə bənzəyir və onlar 35-50 kiloqram ağırlığında döyüş başlığı daşıya bilirlər.

Nəşrin mənbələrinə görə, Çin artıq Rusiyaya Ukraynadakı müharibədə kəşfiyyat üçün istifadə olunan kommersiya pilotsuz təyyarələrini ötürür. Çin dövlət korporasiyaları onları BƏƏ vasitəsilə təmin edir.

Çin Xarici İşlər Nazirliyi bildirib ki, ölkə hərbi məhsulların ixracına "məsuliyyətli yanaşma"ya sadiqdir və hərbi münaqişə zonalarına silah vermir.

İranın Şahed-136 pilotsuz təyyarələri Rusiya tərəfindən mülki və enerji obyektlərinə hücumlarda istifadə olunur. Rusiya tərəfi bu ittihamları rəsmən rədd edir. Bununla belə, oktyabr ayında Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın nümayəndəsi RBC telekanalında canlı yayım zamanı İran silahlarından istifadə edilməsinə dair sızıntıya yol verib. Daha sonra İran Rusiyaya pilotsuz təyyarələr verdiyini etiraf edib. ABŞ, Aİ və Böyük Britaniya Rusiya tərəfinə kamikadze dronların tədarükünə görə İran rəsmiləri və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

"The Wall Street Journal" yazır ki, Rusiya və İran, həmçinin Rusiya ərazisində İran dizaynlı pilotsuz uçan aparat istehsalı müəssisəsini işə salmağı planlaşdırır. Nəşrin məlumatına görə, yeni müəssisə ən azı 6 min pilotsuz uçan aparat, o cümlədən Ukraynanın hava hücumundan müdafiəsi üçün daha əlçatmaz olan daha sürətli pilotsuz təyyarə istehsal edə biləcək.

XS
SM
MD
LG