Accessibility links

İsrailin baş naziri Rusiya prezidenti ilə görüşüb


Rusiya prezidenti Vladimir Putin Suriyadakı vəziyyəti müzakirə etmək üçün
İsrailin baş naziri Benyamin Netanyahu ilə Qara dənizin sahil şəhəri Soçidəki iqamətgahında görüşüb.

Putin Netanyahu ilə görüşündən sonra Suriyada silahlı qarşıdurmanın davam etməsinin fəlakətlə nəticələnəcəyini dərk etdiklərini bildirib. Rusiyanın dövlət başçısı vəziyyəti ağırlaşdıracaq heç bir addıma yol verilməməsinin vacibliyini önə çəkib.

İsrail lideri Putinlə təfərrüatlı və dərin müzakirələr keçirdiyini bildirərək, İsrail və Rusiyanın Yaxın Şərqdə sabitlik və təhlükəsliyin bərqərar edilməsi yollarının nəzərdən keçirildiyini deyib.

İsrail və Qərbi Rusiyanın Suriyaya hava hücumlarına qarşı sılah satması narahat edir. Onlar bu silahların Bəşar Əl-Əsəd ordusuna qarşı hava hücumlarını çətinləşdirə builəcəyini deyirlər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçən həftə hökumətinin Suriyaya vaxtilə bağlanmış müqavilələr əsasən S-300 raketləri də daxil edilməklə, silah satdığını deyib.

Rusiya prezidenti ilə İsrailin baş naziri arasında müzakirələr keçən həftə Rusiya ilə ABŞ-ın Suriyadakı vəziyyətlə bağlı beynəlxalq konfrans keçirilməsi barədə razılıq əldə etməsindən sonra keçirilir.
XS
SM
MD
LG