Accessibility links

Yaponiyanın baş naziri Rusiya prezidenti ilə görüşür


Yaponiyanın baş naziri Şinzo Abe ticarət əlaqələrinin genişləndirilməsi və İkinci Dünya müharibəsindən bəri davam edən ərazi mübahisəsinin müzakirə edilməsi üçün Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşüb danışıqlar keçirib.

Görüş zamanı cənab Abe və cənab Putinin Rusiyadan təbii qazın Yaponiyaya nəql edilməsi, həmçinin iki ölkə arasında ticarət və diplomatik əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəkləri gözlənilir.

İki ölkə arasında İkinci Dünya müharibəsindən sonra ədavətə son qoymaq üçün heç bir zaman sülh müqaviləsi bağlanmayıb.

Bu isə Rusiyanın 1945-ci ilin son günlərində zəbt etdiyi Kuril adalarının taleyinin qeyri-müəyyən qalmasına səbəb olub.

Rusiyanın baş naziri Dmitri Medvedevin Rusiya prezidenti olduğu zaman 2010-cu ildə adaları ziyarət etməsi yaponların narazılığına səbəb olmuşdur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG