Accessibility links

Rəsmilər qismən səfərbərlik elan edildikdən sonra təxminən 98 min rusiyalının Qazaxıstana keçdiyini bildirir


Qazaxıstan rəsmilərinin çərşənbə axşamı bildirdiyinə görə, prezident Vladimir Putinin Ukraynada döyüşmək üçün ehtiyatda olan hərbçilərin qismən səfərbər olunduğunu elan etməsindən sonra bir həftə ərzində insanların quru və hava yolu ilə qonşu ölkələrə qaçmağa davam etdiyi vaxt təxminən 98 min rusiyalı Qazaxıstana keçib.

Keçmiş Sovet İttifaqının bir hissəsi olan Qazaxıstan və Gürcüstan avtomobillə, velosipedlə və ya piyada keçənlər üçün ən populyar yerlər olub.

Finlandiya və ya Norveçə vizası olanlar da quru yolla gəlirlər. Qiymətlərin yüksək olmasına baxmayaraq, xaricə təyyarə biletləri çox tez zamanda satılıb.

Rusiya Müdafiə Nazirliyi bundan əvvəl yalnız döyüş və ya digər hərbi xidmət keçmiş təxminən 300 min nəfərin çağırılacağını bildirsə də, lakin Rusiyanın müxtəlif bölgələrindən bu tələblərə uyğun olmayan şəxslərin də aparıldığı ilə bağlı xəbərlər verilir. Bu, daha geniş hərbi xidmətə çağırış qorxusunu artıraraq, müxtəlif yaş və peşədən olan insanların dəstələrlə hava limanlarına və sərhəd keçidlərinə getmələrinə səbəb olub.

Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov sərhədi keçən rusiyalıların sayını açıqlayarkən deyib ki, hökumət cinayət işi üzrə beynəlxalq axtarışda olmadıqları halda çağırışdan yayınanları vətənlərinə göndərməyəcək.

Qazaxıstan prezidenti Kasım Jomart Tokayev hökumətinə "hazırkı ümidsiz vəziyyətə görə" ölkəsinə gələn rusiyalara yardım etməyi tapşırıb.

"Biz onların qayğısına qalmalı və təhlükəsizliyini təmin etməliyik. Bu, siyasi və humanitar məsələdir. Mən hökumətə lazımi tədbirləri görməyi tapşırdım" - deyə, Tokayev Qazaxıstanın Rusiya ilə vəziyyətlə bağlı danışıqlar aparacağını əlavə edib.

XS
SM
MD
LG