Accessibility links

Putin Qazaxıstan və Özbəkistana "Təbii Qaz İttifaqı" yaratmağı təklif edib


Rusiya prezidenti Vladimir Putin üç ölkə arasında və Çin də daxil olmaqla, digər ölkələrə təbii qazın nəqli mexanizminin yaradılması üçün Qazaxıstan və Özbəkistanla "qaz ittifaqı" yaratmağı təklif edib.

Qazaxıstan prezidenti Qasım Jomart Toqayevin Moskvada Putinlə məsələ ilə bağlı danışıqlar apardığını bildirməsindən bir gün sonra Kremlin sözçüsü Dmitri Peskov noyabrın 29-da təklifin üç ölkə arasında müzakirə olunduğunu təsdiqləyib. O, buna hər üç ölkənin təbii qaz satdığına və aralarında "sinxronizasiya"ya ehtiyac olduğunu deyib.

Peskov deyib ki, Putinin təklifinin birinci mərhələsi "koordinasiya mexanizminin yaradılması" planını nəzərdə tutur.

"Üç ölkə arasında əməkdaşlığın qurulması və xarici bazarlar üçün infrastrukturun inkişafının təmin edilməsi üçün çox güman ki, məsələ hüquqi şəxslə müzakirə edilməli olacaq" - deyə, Peskov bildirib.

Toqayevin sözçüsü Ruslan Jeldibay noyabrın 29-da Facebook səhifəsində Qazaxıstan və Rusiya prezidentlərinin "Rusiya qazının Qazaxıstan və Özbəkistan əraziləri vasitəsilə nəqli üçün birgə addımların əlaqələndirilməsini" müzakirə etdiklərini yazıb.

"Prezidentlər Qasım Jomart Toqayev və Vladimir Putin məsələnin bütün tərəflərin maraqlarını nəzərə alan rasional həllini tapmaq üçün ekspertlərin iştirakı ilə ətraflı danışıqların aparılmasını zəruri hesab etdiklərini bildiriblər" , Jeldibay yazıb.

Peskov qeyd edib ki, Qazaxıstanın şimal bölgələri Sibirdən nəql edilən təbii qazdan asılı olduğundan Qazaxıstan hökumətinin regiona qaz tədarükünü təmin etmək üçün yeni boru kəməri inşa etmək əvəzinə Rusiya qazının tədarükünü artırmaq iqtisadi baxımdan daha sərfəlidir. Kremlin sözçüsü bununla Astananın "on milyardlarla dollara" qənaət edəcəyini bildirib.

Rusiya əsas təbii qaz ixracatçısı kimi tanınır. Qazaxıstan və Özbəkistanın hasil etdiyi təbii qaz isə öz istehlakı üçün güclə kifayət edir.

Mərkəzi Asiya regionunun iki böyük iqtisadiyyatı Rusiyaya qaz kəmərini və Türkmənistandan Çinə təbii qaz nəql edən boru kəmərini bölüşür.

XS
SM
MD
LG