Accessibility links

ABŞ dövlət katibi rusiyalı həmkarı ilə Suriyaya dair danışıqlar aparır


Rusiya və Birləşmiş Ştatlar həm Suriya hökuməti, həm də müxalifət qüvvələri ilə yeni sülh danışıqlarının yollarının axtarılması barədə razılıq əldə edib.

Suriya müxalifəti isə belə bir razılığı skeptik yanaşaraq, prezident Bəşar Əl-Əsədin hakimiyyətdə qalacağından narahardır.

ABŞ Dövlət katibi Con Kerri Rusiyaya iki günlük səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb.

Amerika diplomatının Moskvaya səfəri İsrailin Dəməşqin bəzi bölgələrini bombardman etməsi və Barak Obamanın üsyançıları silahla təmin etmək barədə yeni çağırışları vaxtına təsadüf edir.

Con Kerri Rusiyanın müzakirələrə bu ay başlamasına razılıq verdiyini deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG