Accessibility links

Rusiyada kafedə baş verən yanğın zamanı 15 nəfər ölüb


Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, şənbə günü Rusiyanın Kostroma şəhərindəki kafedə baş verən yanğında 15 nəfər ölüb, 5 nəfər yaralanıb.

Rəsmilər yanğının səhər saatlarında mübahisə zamanı kiminsə odlu silahdan istifadə etməsindən sonra baş verdiyini bildirib.

Xilasedicilər 250 nəfəri təxliyə edə bilib. Kostroma vilayətinin qubernatoru Sergey Sitnikov 5 nəfərin yüngül xəsarət aldığını və onlara tibbi yardım göstərildiyini deyib.

Yanğın zamanı kafenin dam örtüyü uçub.

Faktla bağlı cinayət işi başlanıb. Polis odlu silahdan istifadə edən şəxsi axtarır.

270 min əhalisi olan Kostroma paytaxt Moskvadan təxminən 340 kilometr şimalda yerləşir.

Rusiyada istirahət məkanında pirotexniki vasitələrin ölümcül yanğına səbəb olması halı ilk dəfə baş vermir. 2009-cu ildə Perm şəhərindəki "Lame Horse" gecə klubunda kimsə atəşfəşanlıq etdikdən sonra baş verən yanğında 150-dən çox insan ölmüşdü.

XS
SM
MD
LG