Accessibility links

Rusiyanın Ali Məhkəməsi LGBT hərəkatına "ekstremist" adı verdi


Rusiyanın Ali Məhkəməsinin LGBT hərəkatına "ekstremist" adı verilməsi ilə bağlı qərarının ölkədə gey və transgenderlərə qarşı repressiyaları gücləndirməsinə imkan verəcək qorxularla bağlı qlobal etiraza səbəb olub.

Noyabrın 30-da məhkəmə qapalı keçirilən iclasdan sonra bildirib ki, Ədliyyə Nazirliyinin ölkədə fəaliyyətini qadağan edən "beynəlxalq LGBT ictimai hərəkatını" ekstremist kimi qələmə vermək tələbini təsdiqləyib.

Rusiyanın hüquq-müdafiə təşkilatları "Bir qrup insanın sadəcə olaraq hansısa sosial qrupa mənsub olduqlarına və ya hansısa şəxsi xüsusiyyətlərinə görə birləşdirdiklərinə görə "ictimai hərəkat" adlandırmaq olmaz" deyərək, Ali Məhkəmədən nazirliyin tələbini rədd etməyi xahiş etmişdi.

Qərar Rusiyada LGBT hüquqlarına vurulan ən son zərbədir. Prezident Vladimir Putin keçən il 2013-cü ildə qəbul edilmiş "gey təbliğatının" uşaqlar arasında yayılmasını qadağan edən qanunun əhatə dairəsini bütün yaş qruplarına aid etməklə, genişləndirdi.

BMT-nin insan haqları üzrə komissarı Volker Türk "Rusiya hökumətini hüquq müdafiəçilərinin işinə məhdudiyyətlər qoyan və ya LGBT-yə qarşı ayrı-seçkilik yaradan qanunları dərhal ləğv etməyə çağırıram" deyib.

Amnesty İnternational bu qərarı tənqid edib. "Bu biabırçı və absurd qərar Rusiya hökumətinin LGBT icmasına qarşı kampaniyasında yeni cəbhəni təmsil edir" - deyə, Amnesty İnternational-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters bildirib.

Rusiyanın qanunu vətəndaşlara və təşkilatlara ekstremist təşkilatı dəstəkləməyi və ya təbliğ etməyi, o cümlədən onun simvolunu onlayn və ya oflayn rejimdə nümayiş etdirməyi qadağan edir. Cəzalar cərimədən tutmuş həbsə qədər ola bilər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG