Accessibility links

Medvedev ikinci müddətə prezident seçilmək üçün seçkilərə qatılmaq istədiyini deyib


Medvedev ikinci müddətə prezident seçilmək üçün seçkilərə qatılmaq istədiyini deyib
Medvedev ikinci müddətə prezident seçilmək üçün seçkilərə qatılmaq istədiyini deyib

Rusiya prezidenti Dmitri Medvedev ikinci müddətə prezident seçilmək üçün seçkilərə qatılmaq istədiyini, lakin sələfi Vladimir Putinlə rəqabətin ölkə üçün yaxşı olmadığını deyib. Cənab Medvedev Financial Times qəzetinə özü və baş nazir Putinin eyni siyasi qüvvəni təmsil etdiyini və onlar arasında prezidentlik uğrunda rəqabətin onlar arasında bölünməyə gətirib çıxara bilər.O, baş nazirlə özü arasında gərginliyin artdığı fikrini rədd edib. Rusiya prezidenti onu da deyib ki, o, ABŞ prezidenti Barak Obamanın gələn il Birləşmiş Ştatlar seçkilərində yenidən dörd il müddətinə prezident seçilməsini istərdi. O qeyd edib ki, Obama administrasiyası dövrü iki ölkə arasında münasibətləri yaxşılaşıb.

XS
SM
MD
LG