Accessibility links

Rusiyanın hərbi təyyarəsi Ukrayna ilə sərhəd yaxınlığında qəzaya uğrayıb


Belqorod vilayətində Rusiya Müdafiə Nazirliyinin "Su-25" hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin pilotu həlak olub.

Hadisə ilə bağlı ilk olaraq vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. "Müdafiə Nazirliyinin təyyarəsi Valuyski şəhəri ərazisində qəzaya uğrayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməliyyat-istintaq qrupu və əməkdaşları hadisə yerində işləyir. Hadisənin səbəbləri araşdırılır. Vəziyyət nəzarət altındadır" deyə, o yazıb.

Hərbi Hava Bazasının bildirdiyinə görə, hərbi təyyarə Orexovo kəndinin yaxınlığında otla dolu anbara düşüb, anbar yanıb. Rusiya Müdafiə Nazirliyi "Su-25" təyyarəsinin qəzaya döyüş tapşırığını yerinə yetirdikdən sonra Belqorod vilayətindəki hərbi aerodroma qayıdarkən uğradığını bildirib.

Təyyarədən atılan pilot həlak olub. Təyyarə boş əraziyə düşüb, dağıntı yoxdur. İdarədən verilən ilkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

Keçən il oktyabr ayının 17-də "Su-34" qırıcısı təyyarəsi yerli aerodromdan havaya qalxdıqdan bir neçə dəqiqə sonra Rusiyanın Yeysk şəhərində doqquzmərtəbəli yaşayış binasının üzərinə düşmüşdü. Qəzada 15 nəfər həyatını itirmişdi.

Oktyabrın 23-də İrkutskda "Su-30" hərbi təyyarəsi sınaq uçuşu zamanı ikimərtəbəli evin üzərinə düşmüş, hər iki pilot həlak olmuşdu. O zaman oksigen çənlərində azot qalıqları səbəbindən qırıcı təyyarənin pilotları huşlarını itirdikləri üçün təyyarəni yaşayış binalarından uzaqlaşdıra və təyyarədən atıla bilməmişdi.

XS
SM
MD
LG