Accessibility links

Rusiya Belqorodda hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığını bildirib


Rusiyaya məxsus hərbi-nəqliyyat təyyarəsi çərşənbə günü Ukrayna sərhədi yaxınlığında, Belqorod vilayətində qəzaya uğrayıb.

Rusiya dövlət mediasının bildirdiyinə görə, Müdafiə Nazirliyi təyyarədə əsir mübadiləsi üçün sərhədə aparılan 65 ukraynalı hərbi əsirin olduğunu deyib.

Ukrayna ordusu məsələ ilə bağlı şərh verməyib.

Rusiya Müdafiə Nazirliyi təyyarədə həmçinin 6 ekipaj üzvünün və 3 mühafizəçinin olduğunu bildirib.

Rusiya eləcə də çərşənbə günü səhər saatlarında Belqorod vilayəti üzərində Ukraynaya məxsus bir pilotsuz təyyarəni vurduğunu, ölkənin qərbindəki Oryol vilayəti üzərində isə 4 pilotsuz təyyarənin qarşısını aldığını bildirib.

Rusiya qüvvələri çərşənbə axşamı Ukraynaya iri raket hücumu həyata keçirib. Ukrayna prezidenti Volodimir Zelenski azı 18 nəfərin öldüyünü bildirib.

Paytaxt Kyiv və şimal-şərqdə yerləşən Xarkiv şəhərləri ən çox zərər çəkib.

Zelenski çərşənbə axşamı gecə çıxışında 130-dan çox insanın yaralandığını, hücum nəticəsində 139 evə ziyan dəydiyini deyib.

O, Rusiyanın hücum zamanı 40 raketdən istifadə etdiyini deyib və hücumu “hava hücumundan müdafiə sistemimizdən yan keçməyə cəhd edən növbəti birləşmiş hücum” adlandırıb.

Ukrayna Hərbi Hava Qüvvələri raketlərin təxminən yarısını vurduğunu bildirib.

Forum

XS
SM
MD
LG