Accessibility links

Rusiya NATO ilə əməkdaşlığa son qoydu


Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko aprelin 15-də Rusiyanın NATO ilə mülki və hərbi əlaqələr üzrə əməkdaşlığı tamamilə dayandırdığını bildirib. O, həmçinin İttifaqın nümayəndələrini hərbi xətt vasitəsilə iş əlaqələrini dayandırmaqla ittiham edib və bu qərarı "absurd" adlandırıb.

​“Bugünkü Rusiya-NATO əlqələri elə NATO-nun soyuq müharibə dövründə yaradıldığı “adi” vəziyyəti xatırladır. NATO-nun Rusiya ilə münasibətlərini yaxşılaşacağı gündəmdə deyil. Belə bir şey yoxdur. NATO-nun bu dalandan necə çıxacağının əlamətləri yoxdur” , Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.

Qruşko bildiirb ki, NATO-nun ötən il ərzində hərbi xərcləri trilyon dolları ötüb, bu isə “Rusiyanın hərbi müdafiə xərclərindən 22 dəfə çoxdur.” O qeyd edib ki, Moskva "NATO ilə hərbi büdcələri qurmaq üçün yarışa qatılmayacaq, amma" iqtisadi, dəqiq və səmərəli vasitələrə " diqqət yetirəcək.

"NATO ilə silahlı münaqişəyə gəldikdə, sağlam düşüncəli insanlar bunun baş verməyəcəyinə ümid edir. Bu, bəşəriyyət üçün fəlakət ola bilər. Əminəm ki, bunu Vaşinqtonda da, Brüsseldə də bilir” , xarici işlər nazirinin müavini əlavə edib.

Daha əvvəl NATO nümayəndələri Rusiya ilə münasibətlərin kəsilməsinə görə məsuliyyəti Kremlin daşıdığını deyərək, dəfələrlə Rusiyanı "təcavüzkar" siyasətdən əl şəkməyə çağırıb.

NATO-nun baş katibi Yens Stoltenberq aprelin əvvəlində ABŞ Konqresində çıxış edərək "Biz mübarizə aparmaq deyil, qarşısını almaq istəyirik. Rusiyanı təcrid etmək istəmirik, amma Rusiya ilə daha yaxşı qarşılıqlı əlaqə qurmaq istəyirik” deyib.

Onun fikrincə, Rusiyanın NATO ilə dialoqu bərpa etməsi üçün lazım olan addımlar arasında orta və qısaməsafəli raketlər haqqında sazişə qayıdılması, Kerç boğazında tutulan ukraynalı dənizçilərin azad edilməsi, Donbasda vurulan Malayziya “Boeinq”inin günahının boynuna alınması və Donbassla bağlı Minsk sazişinə riayət etməsi əsas müddəalardır.

XS
SM
MD
LG