Accessibility links

Rusiya Çin və İranla dəniz təlimlərinə başladığını bildirib


Rusiyanın"Admiral Qorşkov" freqatı
Rusiyanın"Admiral Qorşkov" freqatı

Rusiya çərşənbə günü Pekin və Tehranla əlaqələri möhkəmləndirmək üçün Ərəb dənizində Çin və İranla dəniz təlimlərinə başladığını bildirib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında "Dəniz Təhlükəsizlik Kəməri 2023" adlı üçtərəfli təlimlərin İranın Çabahar limanı yaxınlığında başladığı deyilib.

Təlimlərin dənizdə keçiriləcək hissəsi cümə axşamı və cümə günləri baş tutacaq.

Nazirlikdən bildirilib ki, Rusiyanı tədbirdə "Admiral Qorşkov" freqatı və orta ölçülü tanker təmsil edəcək.

Məlumatda dəniz təlimləri zamanı gəmilər "birgə manevrlər edəcək, gündüz və gecə artilleriya atəşləri həyata keçirəcək" deyilib.

Rusiya prezidenti Vladimir Putin bir il əvvəl Ukraynaya qoşun yeritdikdən sonra Çin və İranla siyasi, iqtisadi və hərbi əlaqələri gücləndirməyə çalışıb və bu, Qərbin misli görünməmiş sanksiyalarına səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG