Accessibility links

Aleksey Navalnının daha iki məsləkdaşının adı federal axtarış siyahısına əlavə edilib


Rusiya Daxili İşlər Nazirliyi həbsdə olan müxalif siyasətçisi Aleksey Navalnının daha iki məsləkdaşını federal axtarışda olanlar siyahısına əlavə edib.

Georgi Alburov və Vyaçeslav Gimadinin adları nazirliyin reyestrinə aprelin 26-da, Navalnının komandasının digər üzvü Ruslan Şavəddinovun adının əlavə edilməsindən iki həftə keçməmiş düşüb.

Nazirlik fəalların adlarının reyestrə salınmasının səbəbinin sadəcə "cinayət işi ilə bağlı" olduğunu qeyd edib.

Kreml tənqidçisinin həbsinə etiraz edən minlərlə insan həbs edilib.

Navalnı 2021-ci ilin yanvar ayında Almaniyadan qayıdarkən hava limanında həbs edilib və o vaxtdan bəri dəmir barmaqlıqlar arxasındadır.

Alburov və Şavəddinov da olmaqla, Navalnının tərəfdaşları və siyasi koordinatorlarının yarıdan çoxu, ya Rusiyanı tərk edib, ya da həbs edilib. Bəziləri isə "terrorçu" və ya "ekstremist" kimi axtarışa verilib.

Navalnının zəhərlənməsinin səbəblərini araşdıran və onun korrupsiya araşdırmalarına istinad edən jurnalistlərə "xarici agent" damğası vurulub.

Keçən il Moskva Şəhər Məhkəməsi Navalnı ilə əlaqəsi olan bütün təşkilatları ekstremist elan edib, Navalny və onun Rusiya üzrə regional ofisləri şəbəkəsi ilə əlaqəli şəxslərin dövlət idarələrində işləmələrinə mane olub.

Navalnının təşkilatları ilə bağlı qərarda onlarla işləmiş fəallar üçün uzunmüddətli həbs cəzası da nəzərdə tutulur.

Navalnıya əvvəlki şərti azadlığın qaydalarını pozduğuna görə 2 il yarım həbs cəzası verilib. Onun mühakimə olunması çoxları tərəfindən qondarma, siyasi motivli iş kimi qiymətləndirilir.

Navalnı Putini Noviçok tipli kimyəvi maddə ilə zəhərləməkdə günahlandırıb. Kreml hücumda əli olduğu ilə bağlı ittihamı rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG