Accessibility links

Navalnı və onun tərəfdaşları terrorçu və ekstremistlər siyahısına daxil edilib


Aleksey Navalnı
Aleksey Navalnı

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı terrorçu və ekstremistlər siyahısına əlavə edilib. Bu barədə Rosfinmonitorinqin məlumatında deyilir.

Siyahıya onun həmkarları da daxildir: Korrupsiyaya Qarşı Mübarizə Fondunun hüquqşünasları Lyubov Sobol və Vyaçeslav Qimadi, fondun əməkdaşları - Georgi Alburov, Ruslan Şaveddinov, Pavel Zelenski, həmçinin qərargahın keçmiş əlaqələndiriciləri - Liliya Çanışeva (Ufa), Zaxar Sarapulov ( İrkutsk), Kseniya Fadeyeva (Tomsk), Yeqor Butakov (Arxangelsk), Vadim Ostanin (Barnaul) və Tomsk qərargahının fəalı Andrey Fateyev.

Ötən il sentyabrın sonunda İstintaq Komitəsi Navalnıya qarşı “ekstremist icma”nın yaradılması və ona rəhbərlik etməsi (CM-nin 282.1-ci maddəsinin 1-ci hissəsi) ilə bağlı cinayət işi açıb. Eyni işdə Leonid Volkov və İvan Jdanov da var. “Ekstremist icma”nın yaradılması işi üzrə Navalnının Ufadakı qərargahının keçmiş rəhbəri Liliya Çanışeva saxlanılaraq həbs edilib.

Sobol, Alburov, Şaveddinov, Gimadi, Pavel Zelenski, Rüstəm Mulyukov "və digər şəxslər" ekstremist icmada iştirakda (CM-nin 282.1-ci maddəsinin 2-ci hissəsi) ittiham olunublar.

2021-ci ilin avqustunda Navalnının təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu və Vətəndaşların Hüquqlarını Müdafiə Fondu ekstremist təşkilatlar siyahısına daxil edilib. 2021-ci il iyunun əvvəlində siyasətçinin bu iki fondu və qərargahı Moskva Şəhər Məhkəməsi tərəfindən ekstremist kimi tanınıb. 2022-ci il yanvarın 14-də Jdanov və Volkov terrorçu və ekstremistlər siyahısına daxil edilib.

Rosfinmonitorinqin siyahısına ekstremist və terror xarakterli maddələr üzrə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunan şəxslər daxildir. Bu siyahıya daxil olan şəxslərin bank əməliyyatları aparmaq imkanları məhduddur. Banklar siyahıda olan şəxslərin hesablarını bloklayır və bu səbəbdən onlar heç bir kart əməliyyatı apara, kredit götürə, işə düzələ bilmirlər. Federal qanuna görə, siyahıda olan bir şəxs özü və hər bir ailə üzvü üçün hesabdan ayda 10 min rubldan çox olmamaq şərtilə pul çıxara bilər. O da yalnız qohumlarının başqa gəlir mənbəyi olmadığı tədqirdə mümkündür.

XS
SM
MD
LG