Accessibility links

Rusiya xarici işlər naziri Şimali Koreyada səfərdədir


Rusiya xarici işlər naziri Sergey Lavrov cümə axşamı Şimali Koreya həmkarı Ri Yonq Ho ilə Pxenyanda görüşüb.

Yüksək səviyyəli Rusiya rəsmisinin Şimali Koreyaya səfər etməsi Moskvanın səsinin qonşu ölkənin yeni diplomatik irəliləyişlərində eşidilməsinə cəhd kimi qiymətləndirilir.

Lavrovun səfəri prezident Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında planlaşdırılmış zirvə görüşündən əvvələ təsadüf edir.

Şimali Koreya ilə sərhədi bölüşməsi və prezident Vladimir Putinin daha da inkişaf etdirmək istədiyi nisbətən səmimi münasibətlərə malik olmasına baxmayaraq, Rusiya hələlik Kimin bu il dünya səhnəsinə çıxdığı müddətdə əsasən kənarda dayanıb.

XS
SM
MD
LG