Accessibility links

Rusiya Mariupolda təslim olan hərbçilərin sayının 1730-a yüksəldiyini bildirir


Rusiya Müdafiə Nazirliyi mayın 19-da Mariupoldakı Azovstal zavodunda olan daha yüzlərlə Ukrayna əsgərinin təslim olduğunu açıqlayıb. Bununla da təslim olanların ümumi sayı 1730-a çatıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bəyanatında deyilir ki, Azovstalı tərk edən döyüşçülər qeydiyyata alınır. Əməliyyat çərşənbə axşamı başlayıb və cümə axşamı da davam edir.

Beynəlxalq Qızıl Xaç Komitəsini bildirib ki, "BQXK hərbi əsirləri saxlandıqları yerlərə daşımır. Komitənin həyata keçirdiyi prosesə fərdin adı, doğum tarixi və ən yaxın qohumu kimi şəxsi qaydada olan formanın doldurmasıdır. Bu məlumat BQXK-ya əsir düşənləri izləməyə və ailələri ilə əlaqə saxlamağa imkan verir".

Rəsmi Kyiv isə Mariupolda son təslim olan ukraynalı döyüşçülərin sayı ilə bağlı Rusiyanın rəqəmlərini təsdiqləməyib.

Ukrayna tərəfi əsgərlərin Rusiya ilə məhbus mübadiləsinin bir hissəsi ola biləcəyinə ümid etdiyini bildirib. Rusiyanın əsas istintaq orqanı isə onları dindirmək və mülki şəxslərə qarşı cinayətlərdə iştirak edib-etmədiyini müəyyən etmək niyyətində olduğunu açıqlayıb.

Rusiya qüvvələrini əsasən şərqdəki Donbas bölgəsində cəmləyərkən, Moskva ilə bir neçə raund danışıqlarda iştirak edən prezident Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak cümə axşamı deyib ki, atəşkəs razılaşması Rusiya qoşunları tamamilə çıxarılmadan mümkün olmayacaq.

"Rusiya işğal olunmuş əraziləri tam azad etməyə hazır olana qədər bizim danışıqlar komandamız silah, sanksiyalar və puldan ibarətdir" - deyə, Podolyak Twitter hesabında yazıb.

Digər tərəfədən ABŞ Müdafiə Nazirliyinin bir yüksək rütbəli rəsmisi çərşənbə günü bildirib ki, Rusiya Xerson və Mikolayiv yaxınlığında, eləcə də Donetskdə "Qara dəniz istiqamətində müəyyən irəliləyişlər əldə edir". Lakin o, həmçinin əlavə edib ki, Rusiyanın ümumilikdə irəliləyişi "kifayət qədər məhduddur ... bəlkə də hər gün bir neçə kilometr"- dən ibarətdir.

Qurumun rəsmisinin bildirdiyinə görə Rusiyanın logistika problemləri hələ də qalmaqdadır: "Onlar koordinasiya məsələlərini düzəltməyiblər. … Komandirlər arasında ünsiyyəti hələ də o qədər də effektiv deyil".

XS
SM
MD
LG