Rusiyanın Baş naziri Vladimir Putin 2012-ci ildə ölkədə prezident seçkisində iştirak etməsini istisna etməyib. Baş nazir bunu prezident Dmitri Medvedevin eyni açıqlama verməsindən sonra deyib. Bundan öncə həm cənab Medvedev, həm cənab Putin prezidentliyə kimin namizəd olacağı qərarını birlikdə verəcəklərini demişdilər. Lakin son açıqlamlar onların hər ikisinin ölkəyə rəhbərlik etmək üçün mübarizəyə qoşula biləcəyinə işarə kimi qiymətləndirilir.