Accessibility links

Ötən il Rusiyada əhali itkisinin əsas səbəbi kimi COVID-19 göstərilir


Rusiya əhalisi 2021-ci ildə yardım milyon insan azalıb və COVID-19-un bunun ən əas səbəblərindən biri olduğu deyilir.

Rosstat dövlət statistika xidmətinin yanvarın 28-də yaydığı məlumata görə, yanvar ayında Rusiya əhalisi 145.5 milyon olub ki, bu bir il öncə ilə müqayisədə təxminən 700 000 nəfər azdır.

Baş nazir müavini Tatyana Qolikova deyib ki, bu trendin əsas səbəbi COVID-19 olub.

Rusiyanın COVID-19-la mübarizə işçi qrupu rəsmi olaraq pandemiya başlayandan bəri COVID-19 səbəbilə 329 min ölüm halı qeydə alıb, ancaq Rosstat-ın bildirdiyi göstərici bunun iki qatıdır.

Rusiya rəsmiləri aradakı bu fərqin səbəbini onunla izah ediblər ki, işçi qrupu yalnız əsas səbəbinin COVID-19 olduğu ölüm hallarını qeydə alıb və tibb müəssisələrinin məlumatlarından istifadə edir.

Rosstat virusla əlaqədar ölümləri hesablamaq üçün geniş kriteriyalardan istifadə edir və məlumatları ölüm qeydiyyatının yekunlaşdığı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidmətindən əldə edir.

Rusiya son günlərdə omikron ştamının yayılması səbəbilə bir sıra rekordların qeydə alındığını açıqlayıb.

Yanvarın 29-da Rusiyada günlük koronavirus halları pandemiya başlayandan bəri ilk dəfə 100 mini keçib.

Ölkənin koronavirusla mübarizə işçi qrupu son sutkada təsdiq olunan yoluxmaların 113 112-yə bərabər olduğunu bildirib ki, bu da artıq ardıcıl olaraq 9-cu gündür rekord göstəricidir. İşçi qrupu son 24 saatda 668 ölüm halının qeydə alındığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG