Accessibility links

Rusiyada səfərbərliyə qarşı etirazlar keçirilir, 700-dən çox nəfər saxlanılıb


Rusiyada sentyabrın 24-də Putinin 21 sentyabrda elan etdiyi qismən səfərbərliyə qarşı etiraz aksiyaları keçirilir. Rusları etirazlarda iştirak etməyə müharibə əleyhinə “Vesna” (Bahar) təşkilatı və Aleksey Navalnının tərəfdaşları çağırıb.

Etiraz aksiyaları Moskva, Sankt-Peterburq, Saratov, İrkutsk, Novosibirsk, Tomsk, Ulan-Ude, Çita və başqa şəhərlərdə keçirilir. Artıq yüzlərlə insanın saxlandığı bildirilir.

Moskvada “Çıstıye Prudı”da etirazçıları saxlamağa başlayıblar.

“Dojd” qəzetinin müxbiri Vasili Polonski xəbər verir ki, təhlükəsizlik qüvvələri əvvəlcə bir qızı saxlayıb, polis maşınına mindirərək, aparıblar. Daha sonra iki qız üzərində metronun çıxışında polis tərəfindən axtarış aparılıb. “Çistıye Prudı”da çox sayda polis var, təhlükəsizlik qüvvələrinin bəziləri gülləkeçirməz jiletlərdədir.

SOTA-nın məlumatına görə, polis küçədən keçənləri də saxlayır. Təhlükəsizlik qüvvələri hətta sərxoş vəziyyətdə olan birini də saxlayıb.

Onlar təkcə “Çistıye Prudı”da deyil, həmçinin etiraz marşrutunun son nöqtəsi elan olunan “Zaryadye” parkında da etirazçıları saxlayırlar. İkinci xüsusi təyinatlı alayın forma geyinmiş əməkdaşları gəncləri 5-10 nəfərlik qruplarda saxlayırlar.

Moskvada saxlanılanlar arasında yeddi azyaşlı da var ki, onların pasportları əllərindən alınıb. Bu barədə “OVD-İnfo”ya məlumat veriblər.

“Basmannıy” rayonun daxil işlər idarəsində saxlanılan şəxslərə qarşı zor tətbiq edilir, onlar hədələnir. Saxlanılan kişilərin hərbi biletlərinin şəkli çəkilir. Bu barədə “OVD-İnfo” RusNews-un saxlanılan redaktoru İqor Kuzmiçə istinadən xəbər verir. Bundan əlavə “Baş Xəbər”in xüsusi müxbirləri Aleksandr Pelevin və Viktor Kapitonov da Basmannıy rayonunun daxili işlər idarəsində saxlanılır.

Moskvada artıq polis tərəfindən 341 etirazçının saxlandılığı məlum olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG