Accessibility links

Putin: Rusiya məqsədlərinə çatana qədər Ukraynada sülh olmayacaq


Rusiya prezidenti Vladimir Putin cümə axşamı deyib ki, Ukraynada sülh ölkəsi məqsədlərinə çatdıqda olacaq və bu məqsədlər dəyişməz qalır.

Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzə başlamasının ikinci ildönümünə iki ay qalmış illik mətbuat konfransı zamanı Putin bir daha Rusiyanın Ukraynada "de-nasifikasiya, de-militarizasiya və neytral statusa" nail olmaq istədiyini bəyan edib.

Rusiya Ukrayna hökumətinin radikal millətçi və neo-nasist qrupların güclü təsirində olduğunu iddia edir. O, Ukrayna və onun Qərb müttəfiqlərinin bunun təcavüz üçün əsassız bəhanə olduğu fikirlərini rədd edir.

Putin həmçinin Ukraynanın NATO alyansına qoşulmamasını tələb edib. NATO dəfələrlə bildirib ki, onların qoşulmaq istəyinə Rusiya deyil, ayrı-ayrı ölkələr qərar verir. Rusiyanın təcavüzü iki ölkəni - İsveç və Finlandiyanı üzvlüyə müraciət etməyə sövq edib. Finlandiya aprel ayında qəbul edilib, İsveç isə üzvlüyün Türkiyə və Macarıstandan yekun təsdiqini gözləyir.

Cümə axşamı Putinlə eyni vaxtda çıxış edən NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə jurnalistlərə Rusiya liderinin sülhə hazırlaşmaqla bağlı heç bir əlamət göstərmədiyini deyib.

Stoltenberq deyib ki, Ukraynada ədalətli və davamlı sülhə nail olmağın yeganə yolu Putini döyüş meydanında qalib gəlməyəcəyinə inandırmaq və müttəfiqlərinin Ukraynanı dəstəkləməyə davam etməsidir.

"Əgər Putin Ukraynada qalib gəlsə, onun aqressiyasının bununla bitməyəcəyinə dair real risk var" - deyə, Stoltenberq bildirib.

NATO rəhbəri ABŞ prezidenti Co Baydenin "Ukraynaya öhdəliyinə sadiqliyini" və administrasiyasının Ukraynaya çox ehtiyac duyulan yardımı təcili çatdırmaq üçün göstərdiyi səyləri alqışlayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG