Accessibility links

Rusiya qaz ixracatını artırmasa, Avropanın enerji böhranı ağırlaşacaq


Bir həftə əvvəl Prezident Vladimir Putin Rusiyanın qiymətlərin artmasına səbəb olan enerji böhranı ilə Avropaya yardım etmək üçün təbii qaz ixracatını artırmağa hazır olduğunu deyib.

Enerji ekspertləri isə deyir ki, onun yardım vədinə əməl edəcəyinə dair heç bir əlamət yoxdur.

Bloomberg-in məlumatına görə, bu həftə Rusiyanın dövlət enerji nəhəngi "Qazprom" Avropaya qaz ixracatını artırmayacaq. Belə ki, hərraclarda Ukrayna və Polşa boru kəmərlərinə əlavə qaz tranzit imkanlarını saxlamaqdan çəkinib.

Vladimir Putin
Vladimir Putin

Ötən həftə Amerikanın CNBC telekanalına verdiyi müsahibədə Rusiya prezidenti Kremlin qazdan geosiyasi silah kimi istifadə etməsi ilə bağlı fikirləri rədd edərək, bunun "siyasi motivli" boş söhbət olduğunu deyib.

Ancaq Qazpromun Avropaya qaz ixracı üçün əlavə güc ayırmamaq qərarı Kremli siyasi oyun oynamaqda ittiham edən Avropa liderlərinin qəzəbinə səbəb olub.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Cosep Borrell bazar ertəsi Brüsseldə jurnalistlərə verdiyi açıqlamada bahalaşan qaz qiymətlərinin dərin geosiyasi köklərə əsalandığını bildirib.

"Bu geosiyasi mübarizənin bir hissəsidir" - deyə,Borrell bildirib.

Rusiyanın bütün müqavilələrini yerinə yetirdiyini eetiraf edən Norrel deyib ki, "istədiklərini söylədikləri zaman çatdırmadrmaya bilməzlər, amma miqdarları artırılmadı".

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen çərşənbə günü Avropa Parlamentinə məlumat verərkən daha təmkinli şəkildə "Qaz qiymətləri dövri olaraq dəyişir və qlobal bazarlar tərəfindən təyin olunur. Deməli, bu, regional və ya yerli bir fenomen deyil, qlobal bir fenomendir”deyib.

Ancaq o, əvvəlki illərdə Qazpromun daha yüksək tələbata cavab verdiyini söyləyərək Kremlin daha çox kömək edə biləcəyini düşündüyünü əlavə edib.

Avropa İttifaqının qaz idxalının 43% ni Rusiya təmin edir. Avropa elektrik enerjisinin böyük hissəsini istehsal etmək üçün təbii qazdan çox asılıdır.

Qazprom ixracı əslində oktyabr ayının ilk yarısında azalıb.

Avropa İttifaqının liderləri cümə axşamı günü başlayacaq ikigünlük zirvə görüşündə enerji böhranı ilə bağlı müzakirələr aparacaq.

Avropa Şurasının prezidenti Çarlz Mişel zirvə dəvətində "pandemiyadan sonrakı bərpa prosesini çətinləşdirən, vətəndaşlarımıza və müəssisələrimizə ciddi şəkildə təsir edən enerji qiymətlərindəki mövcud artımla mübarizə aparacağıq" deyib.

Təbii qazın qiymətində sıçrayışlar əsasən Asiyada tələbatın artması və Avropada tədarükün aşağı olması ilə əlaqədardır ki, bu da topdansatış qaz qiymətlərində 280% artıma səbəb olub.

Elektrik enerjisinin əhəmiyyətli bir hissəsini istehsal etmək üçün qitədə təbii qazdan istifadə edildiyi üçün elektrik qiymətləri də yüksəlir.

Beynəlxalq Enerji Agentliyi Rusiyanı qaz ixracatını artırmağa çağırıb.

"Agentlik, hesab edir ki, Rusiya Avropaya qaz tədarükünü artırmaq və qış mövsümünə hazırlaşmaq üçün anbarın lazımi səviyyədə doldurulmasını təmin etmək üçün daha çox şey edə bilər", bu ayın əvvəlində verilən açıqlamada deyilib.

Rusiyanın Qazprom şirkəti sentyabr ayında Almaniyaya gedən "Şimal Axını 2" sualtı boru kəmərinin tikintisini başa çatdırdığını bildirib.

Moskva bununla Ukraynadan yan keçərək qaz ixracat qabiliyyətini artırmaq layihəsini tamamlasa da, borunun axını hələ ki, tənzimləyicilər tərəfindən təsdiq almayıb.

Olduqca siyasiləşmiş boru kəməri Rusiyanın Baltik dənizi üzərindən Avropaya qaz ixrac imkanlarını ikiqat artıracaq.

11 milyard dollarlıq layihənin gedişatı ABŞ prezidenti Donald Trampın sanksiyalar tətbiq etməsi səbəbilə 2019-cu ilin sonunda dayanmışdı. Tikinti təxminən bir il sonra Rusiyanın öz gəmilərinin iştirakı ilə yenidən başlamışdı.

Marşrut mövcud Şimal Axını 1 boru kəməri ilə birlikdə illik ixrac gücünü iki dəfə artıraraq 110 milyard kubmetrə çatdıracaq ki, bu da Rusiyanın hazırda Avropaya ixrac etdiyi qazın təxminən yarısını təşkil edir.

Layihə başda ABŞ və Ukrayna olmaqla bir çoxlarının tənqidinə səbəb olub. Vaşinqton Avropanın Rusiyanın enerji təchizatına olan asılılığını artıracağını deyir.

Meteoroloqlar bu il normal qış havalarından daha yüksək soyuq riski proqnozlaşdırırlar. Bu proqnozlar doğru olsa, təbii qaza olan tələbat daha da artacaq və hətta enerji qiymətlərini daha artıracaq, Bu da hazırda ümumi inflyasiyanı 2008 -ci ildən bəri ən yüksək səviyyəyə (3.4%) qaldıracaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG