Accessibility links

Rusiya neftinə qoyulan 60 dollarlıq qiymət həddini qəbul etmir


Rusiyanın paytaxtı Moskvada Rusiyanın neft istehsalçısı "Qazprom Neft"ə məxsus neft emalı zavodu. 17 noyabr, 2018.
Rusiyanın paytaxtı Moskvada Rusiyanın neft istehsalçısı "Qazprom Neft"ə məxsus neft emalı zavodu. 17 noyabr, 2018.

Rusiya rəsmiləri Ukraynanın Qərbdəki tərəfdarlarının ölkənin neftinə tətbiq etdiyi qiymət həddini rədd edib və şənbə günü bu qiymət həddini qəbul edən ölkələri neftlə tədarük etməyi dayandırmaqla təhdid edib.

Avstraliya, Britaniya, Kanada, Yaponiya, Birləşmiş Ştatlar və 27 üzvlük Avropa İttifaqı cümə günü Rusiya nefti üçün ödəyəcəkləri məbləği bir barel üçün 60 dollarla məhdudlaşdırmaq barədə razılığa gəliblər. Bu qiymət həddi, habelə Aİ-nin Rusiyanın dənizlə göndərilən neftinə tətbiq etdiyi embarqo bazar ertəsi qüvvəyə minəcək.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya konkret cavab tədbiri ilə bağlı qərar vermədən öncə vəziyyəti təhlil etməlidir, amma qiymət həddini qəbul etməyəcək. Rusiyanın Vyanada beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov xəbərdarlıq edib ki, qiymət həddini dəstəkləyən avropalılar öz qərarlarından peşman olacaqlar.

“Bu ildən etibarən Avropa Rusiya nefti olmadan yaşayacaq,” Ulyanov Twitter-də yazıb. “Moskva artıq açıq şəkildə bildirib ki, anti-bazar qiymətlərini dəstəkləyən ölkələrə neft tədarük etməyəcək. Gözləyin, çox yaxında Aİ Rusiyanı neftdən silah kimi istifadə etməkdə ittiham edəcək.”

Bu arada isə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi şənbə günü daha aşağı qiymət həddinin qoyulmasına çağırıb və deyib ki, Aİ və aparıcı iqtisadiyyatlardab ibarət Yeddilər Qrupunun qəbul etdiyi qiymət həddi kifayət deyil.

“Düşmənin iqtisadiyyatını daha tez məhv etmək üçün onu 30 dollara endirmək lazımdır,” Zelenskinin aparat rəhbəri Andriy Yerman Telegram-da yazıb. Rusiya Prezidenti Vladimir Putinin Ukraynada apardığı müharibənin aparıcı tənqidçisi Polşa da bu mövqeni dəstəkləyir.

Cümə günü əldə olunan razılıqlara əsaən, nefti göndərmək üçün lazım olan sığorta şirkətləri və digər firmalar ancaq neftin qiyməti qəbul olunan qiymət həddindən aşağı olduğu təqdirdə Rusiyanın xam nefti ilə işləyə biləcəklər. Əksər siğorta şirkətləri Aİ və Birləşmiş Krallıqda yerləşir və onlardan bu qiymət həddinə əməl etmələri tələb oluna bilər.

Rusiyanın Vaşinqtondakı səfirliyi israr edir ki, Rusiya neftinə “tələb çox olmağa davam edəcək” və qiymət həddini tənqid edərək, onun “azad bazarların fəaliyyətinin əsas prinsiplərini yenidən formalaşdırdığını” deyib. Səfirliyin Telegram kanalında yerləşdirilən paylaşımda qiymət həddinin “qeyri-müəyyənliyin geniş şəkildə artmasına və xammal istehlakçıları üçün daha yüksək xərclərə" gətirib çıxaracağını proqnozlaşdırıb.

Qiymət həddinin məqsədi Rusiyaya iqtisadi ziyan vurmaq və doqquz aydan çoxdur saysız-hesabsız mülki vətəndaş və döyüşçünün ölümü, milyonlarla ukraynalının digərgin düşməsi ilə nəticələnən və dünya iqtisadiyyatına ağır təsir göstərən müharibəni maliyyələşdirmək imkanlarını azaltmaqdır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, cümə günündən etibarən Rusiya qüvvələri Ukraynanın hərbi mövqelərinə və mülki infrastruktura beş raket atıb, 27 hava hücumu həyata keçirib və 44 atəş zərbəsi endirib.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG