Accessibility links

Rusiya qərb bölgələrində Ukrayna dronları və raketlərini vurduğunu bildirir


Rusiyanın qərbində Belqorod bölgəsinin qubernatoru çərşənbə günü bildirib ki, məhv edilən Ukrayna dronunun qalıqları iki yaşayış binasına ziyan vurub. Eyni zamanda Rusiya müdafiə nazirliyi bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri region üzərində üç dron və altı raketi vurub.

Müdafiə nazirliyi həmçinin Kaluqa bölgəsi üzərində hava dronunu məhv etdiyini bildirib, region qubernatoru isə ziyan və xəsarət olmadığını deyib.

Ukrayna ordusu çərşənbə günü gecə boyu hücumlarda istifadə edilən 24 rus dronunun hamısını məhv edib.

Dronlar Dnipropetrovsk, Donetsk, Sumı və Zaporijjya regionları üzərində vurulub.

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı gecə saatlarında etdiyi gündəlik müraciətində yenə müttəfiq ölkələrdən silahların dərhal çatdırılmasına çağırıb.

Zelenski deyib ki, Ukraynanı dəstəkləyən ölkələrin “cəbhədə məhvetmə vasitələrinə yayda deyil, hazırda, bu həftələrdə ehtiyacın olduğunu başa düşməlidirlər.”

Bu arada isə Rusiya müdafiə nazirliyi çərşənbə axşamı bildirib ki, ölkə “qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi üzrə praktiki təlimlərə” başlayıb.

Nazirlik deyib ki, Rusiya Prezidenti Vladimir Putin təlimlərə bu ay “Qərb rəsmilərinin təhrikedici bəyanatları və təhdidlərinə cavab olaraq” göstəriş verib.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, NATO Ukraynaya qoşun göndərməyi istisna etməməlidir. Britaniyanın xarici işlər naziri Devid Kameron isə deyib ki, Ukraynanın Rusiya ərazisinə Qərb raketləri atmaq hüququ var.

Təlimlər Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən cənubi hərbi rayonunda habelə Rusiyanın ilhaq etdiyini iddia etdiyi Ukrayna ərzilərində keçirilir.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, təlimin məqsədi “”qeyri-strateji nüvə silahları döyüş bölmələri heyətləri və avadanlıqlarının cavab verməyə və Rusiya dövlətinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz təmin etməyə hazırlığını” yoxlamaqdır.

Qərb Putini məsuliyyətsiz nüvə gücü nümayiş etdirməkdə ittiham edir.

Taktiki nüvə silahları kimi də tanına qeyri-stateji nücə silahları strateji nüvə silahlarından daha az güclüdür, amma onlar da dağıdıcı məhvetmə qabiliyyətinə malikdirlər.

Forum

XS
SM
MD
LG