Accessibility links

Rusiyanın artan raket hücumları səbəbilə Ukrayna ABŞ-ı daha çox yardım etməyə çağırır


Rusiyanın artan raket hücumları səbəbilə Ukrayna ABŞ-ı daha çox yardım etməyə çağırır
please wait

No media source currently available

0:00 0:03:22 0:00

Rusiya martın 22-dən bəri Ukrayna şəhərlərinə raket hücumlarını artırıb. Ukrayna rəsmiləri bunun müharibə başlayandan bəri Ukraynanın elektrik şəbəkəsinə ən böyük ziyana səbəb olduğunu deyib. Rəsmilər deyir ki, ABŞ indi onların ölkəsinə hərbi yardımı kəsməməlidir.

Ukraynalı işçilər Ruisyanın martın 22-də kütləvi hücumlarından sonra enerji sistemini bərpa etmək üçün aylarla intensiv iş aparmalıdırlar. Rəsmilər deyir ki, həmin gündə Ukraynaya 151 raket atılıb.

“Rusiya təxminən on bölgəni vurdu. Onlarla enerji obyektləri, əsas elektrik stansiyaları və magistral yarımstansiyalar. Bu, geniş-miqyaslı işğal başlayandan bəri ən pis hücum idi,” Ukrenergo Milli Enerji Şirkətinin baş icraçı direktoru Volodimir Kudritski deyir.

Ukrayna rəsmiləri deyir ki, ən pis vəziyyət cəbhə xəttində yerləşən Xarkiv şəhərindədir. Orada böyük elektik kəsintiləri var.

“Elektrik hücumdan dərhal sonra kəsildi və 24 saat sonra geri gəldi. Bütün gecə oldu, sonra yenə söndü. Amma ən pisi hücumlar nəticəsində insanların ölməsidir. İnfrastruktur bərpa edilə bilər,” Xarkiv sakini Yuri Panferov deyir.

Həmin infrastrukturu bərpa etmək uzun və mürəkkəb proses olacaq. Ukraynanın ən bpyük su elektrik stansiyasında vəziyyət eynidir. Martın 22-dəki hücumda stansiyaya ən azı yeddi Rusiya raketinin dəyməsindən sonra o, hal-hazırda fəaliyyət göstərmir.

“Su elektrik stansiyasındakı stansiyalardan birinin bərpası illər çəkəcək. Tavan və divarlar çöküb. Zədələnmiş metal və beton quruluşlar bizə aşağı mərtəbədəki maşın otağına daxil olmağa imkan vermir. Elektrik avadanlıqların 90% sıradan çıxıb,” Ukrhidroenergo-nun baş direktoru İhor Sirota deyib.

Təkcə Ukrenergo Rusiyanın ən son hücumunun vurduğu ziyanın 108 milyon dollar olduğunu təxmin edir. Şirkətin baş icraçı direktoru deyir ki, onlar əvvəlcədən enerji infrastrukturu ətrafında xüsusi qorunma tədbirləri görməsələr, vəziyyət daha pis ola bilərdi.

“Bizim ən azından iki mərhələdən ibarət qorunmamız var: birinci mərhələ qum torbalarından ibarət baryerlərdir. İknici mərhələ dronların birbaşa zərbələrindən qoruyan xüsusi sığınacaqlardır,” Volodimir Kudritski deyir.

Ancaq Kudritski deyir ki, bu qorunma kifayət deyil. Onun kimi Ukraynanın hərbi analitikləri də deyir ki, daha çox hava hücumlarından müdafiə sistemlərinə ehtiyac var.

“Biz ən azından ən böyük şəhərləri əhatə etməliyik. İdeal olaraq, hər biri üçün iki yer-hava raket sistemi olmalıdır. Bu, Dnipro şəhəri üçün iki, Zaporijjia üçün iki, Odessa, Lviv və Xarkiv üçün iki sistem deməkdir," Hərbi və Hüquqi Araşdırmalar Mərkəzindən Oleksandr Musienko deyir.

Prezident daxil olmaqla, Ukraynanın yüksək səviyyəli rəsmiləri davamlı olaraq Qərb müttəfiqlərindən davamlı hərbi yardımla bağlı çağırışlar edirlər və təkmilləşdirilmiş hava hücumundan müdafiə sistemlərinə təcili ehtiyacın olduğunu vurğulayırlar.

“Rusiya terroru yalnız indi ona görə mümkündür ki, bizdə kifayət qədər müasir hava hücumundan müdafiə sistemləri yoxdur - başqa sözlə, açıq desək, ona görə ki, tərəfdaşlarımızın onları təmin etmək üçün siyasi iradəsi yoxdur. Onların hamısı nə tələb olunduğunu və həyat qurtacaq qərarları kimin verə biləcəyini dəqiq bilirlər,” Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukraynalılar Qərb müttəfiqlərindən dəstəyin tam-miqyaslı işğalın əvvəlindəki zamanla müqayisədə zəiflədiyini görürlər.

Ukrayna üçün 60 milyard dollarlıq yardım paketi fevral ayında ABŞ Senatında təsdiqlənsə də, Nümayəndələr Palatasında ilişib qalıb.

Onun gələcəyi qeyri-müeəyyən olaraq qalır, çünki rəy sorğuları bu seçki ilində ABŞ seçicilərinin diqqətinin Ukraynadan çox başqa məsələlərə yönəldiyini göstərir.

Forum

XS
SM
MD
LG