Accessibility links

Rusiya Qərbin Ukraynaya silah tədarükünü hədəf ala biləcəyini deyir


Rusiyanın yüksək vəzifəli rəsmisi martın 12-də xəbərdarlıq edib ki, Moskva Qərbin Ukraynaya göndərdiyi hərbi avadanlıqları hədəf ala bilər.

Televiziyada çıxış edən xarici işlər nazirinin müavini Sergey Rıbakov deyib ki, Moskva Birləşmiş Ştatlara Qərbin göndərdiyi silahları hədəf olaraq görəcəyi barədə xəbərdarlıq edib.

Rıbakov deyib ki, Rusiya “ABŞ-a xəbərdarlıq edib ki, onun təşkilatçılığı ilə bir sıra ölkələrdən silahların göndərilməsi təkcə təhlükəli bir addım deyil, həm də silah karvanlarını legitim hədəfə çevirən hərəkətdir.”

O həmçinin ABŞ-ın Moskvaya Rusiyanın Ukraynaya əsassız hərbi müdaxiləsi səbəbilə tətbiq etdiyi sanksiyalarını qınayıb və onları “Rusiya iqtisadiyyatının müxtəlif sektorlarına ciddi zərbdə vurmaq üçün misli görülməmiş cəhd” adlandırıb.

Moskva Ukraynadakı müharibə səbəbilə bir sıra beynəlxalq sanksiyalara məruz qalıb.

Ryabkov deyib ki, Rusiyanın Qərblə artan gərginlik fonunfa Qərb mediası və bizneslərini qovmaq niyyətində deyil və əlavə edib ki, “biz vəziyyəti eskalasiya etməyəcəyik.”

XS
SM
MD
LG