Accessibility links

Rusiya Ukraynanın atom elektrik stansiyasını geri almağa çalışdığını deyir


Rusiya müdafiə nazirliyi şənbə günü bildirib ki, Rusiya qüvvələri cümə günü Ukraynanın Zaporijiya atom elektrik stansiyanı geri almaq cəhdinin qarşısını alıb.

Müdafiə nazirliyi bildirib ki, 250-dən çox Ukrayna əsgərindən ibarət donanma qüvvəsi cümə gücə stansiya yaxınlığında sahilə enməyə çalışıb. Nazirliyin məlumatına görə, Rusiyanın hərbi helikopterləri və qırıcılarının zərbələri nəticəsində 20 Ukrayna gəmisi məhv edilib və bunun ardınca Ukrayna tərəfinin stansiyanı geri almaq cəhdi dayandırılıb.

“Zaporijya atom elektrik stansiyasında Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələrinin olmasına baxmayaraq, Kyiv rejimi bir daha zavodu ələ keçirməyə cəhd etdi,” müdafiə nazirliyi bildirib.

Zavod mart ayında Rusiya tərəfindən ələ keçirilsə də, hələ də Ukrayna işçiləri tərəfindən idarə olunur. BAEA bu həftə artan zorakılığın Çernobıla bənzər nüvə fəlakətinə gətirib çıxara biləcəyinə dair narahatlıqlar fonunda nüvə stansiyasına müfəttişlər göndərib.

Bu arada isə Kremlin dəstəklədiyi yerli rəsmiləri deyib ki, Avropanın ən böyük nüvə istehsal obyekti Ukraynanın şənbə səhər atəşi nəticəsinə əsas elektrik xəttini məhv etməsi səbəbilə Ukraynanın nəzarətində olan əraziləri elektriklə təmin etməyi kəsib.

“Ukraynanın nəzarət etdiyi ərazilərə elektriyin təminatı texniki problemlər səbəbilə dayandırılıb,” Zaporijya stansiyasının yerləşdiyi Enerhodar bələdiyyəsinin administrasiyası rəsmi Telegram kanalında bildirib.

Ukrayna və Rusiya bir-birini stansiya və yaxınlığını atəşə tutmaqda günahlandırıb.

BAEA şənbə günü bildirib ki, atom elektrik stansiyasının ən son elektrik xətti ilə əlaqəsi kəsilib və hazırda ehtiyat xəttindən asılıdır. Digər üçün xətt döyüşlər nəticəsində sıradan çıxıb.

“Ukraynanın Zaporijya Atom Elektrik Stansiyası bir daha sonuncu qalan əsas xarici elektrik xətti ilə əlaqəsini itirib, ancaq obyekt ehtiyat xətt vasitəsilə şəbəkəyə elektrik enerjisi verməyə davam edir. Bu barədə bu gün obyektdə Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat verilib,” agentlik açıqlamasında bildirib.

XS
SM
MD
LG