Accessibility links

Rusiya Ukraynanın sərhəd bölgələrinə artilleriya atəşi nəticəsində 4 nəfərin öldüyünü bildirib


Rusiyanın Belqorod regionunun qubernatoru deyib ki, cümə günü Ukraynanın sərhəd yaxınlığındakı şəhərlərə iki ayrı raket hücumunda dörd nəfər ölüb. Yaxınlıqdakı regionlardakı rəsmilər isə gecə boyu dron hücumlarının olduğunu bildirib.

Qubernator Vyaçeslav Qladkov Telegram-da yazıb ki, raket Ukraynanı şimalındakı Xarkiv bölgəsindən təxminən 15 kilometr uzaqda yerləşən Maslova Pristan şəhərinə düşüb və raketin qalıqları yoldan keçən maşınların üzərinə düşüb.

“Onlardan birində iki nəfər səyahət edirdi. Onlar hadisə yerində aldıqları xəsarətlərdən ölüblər,” o deyib.

Qladkov daha sonra deyib ki, ilk insidentdən 125 kilometr cənub-şərqdə Sobolevka şəhərinə raketin düşməsi nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb. O deyib ki, qurbanlar hadisə zamanı yaşayış binasının önündə dayanıblar.

Sobolevka Ukrayna ilə sərhəddən 14 kilometr uzaqda yerləşir. Rusiya rəsmiləri son günlərdə Uukraynanın şimalından hücumların intensivləşdiyini bildirir.

Rusiya qüvvələri deyib ki, Ukrayna tərəfdarı qüvvələr son həftə ərzində Şebekino şəhərinə dəfələrlə raket atıb. Qladkov bildirib ki, ayonda bütün avtomobil və dəmir yolu hərəkətləri iyunun 30-dək dayandırılıb.

Onun sözlərinə görə, Şebekino ərazisindən 2500-dən çox insan təxliyə olunub, çünki ərazi təhlükəsiz deyil.

Belqorodun şimalında yerləşən Bryansk regionunun qubernatoru deyib ki, raket atəşi nəticəsində azı dörd evə ziyan dəyib, qonşu Kursk regionun başçısı deyib ki, gecə dron hücumu nəticəsində bəzi binalar ziyan dəyib.

Yerli qubernator deyib ki, gecə Smolensk regionunda iki şəhərə uzun-mənzillu dronlar atılıb.

Reuters bu hücumları müstəqil şəkildə yoxlaya bilməyib.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, qüvvələri cümə axşamı ukraynalı “terrorçu qruplaşmalar” tərəfindən Belqorod regionuna üç sərhədlərarası hücumu dəf edib.

Ukrayna ordusunun bu hücumlarda iştirak etdiyini inkar edir və onların rusiyalı könüllü döyüşçülər tərəfindən həyata keçirildiyini bildirir.

XS
SM
MD
LG