Accessibility links

Rusiya Ukrayna dronlarının yanacaq obyektlərinə hücum etdiyini deyir


Rusiya rəsmiləri çərşənbə axşamı Rusiyanın iki yanacaq obyektinə Ukraynanın dron hüucmu nəticəsində ziyan dəydiyi barədə xəbər verib, eyni zamanda Rusiya qüvvələrinin Ukrayna tərəfdarı yarı-hərbi dəstələrinin transsərhəd quru hücumu cəhdlərinin qarşısını aldığını bildirib.

Kremlə qarşı ruslardan ibarət olduğu iddia edilən iki qrup Rusiyaya keçdiyini bildirib.

Rusiyanın müdafiə nazirliyi bildirib ki, ukraynalı “terror birləşmələri” Rusiyaya üç istiqamətdən, o cümlədən Belqorod və Kursk bölgələrindən müdaxilə etməyə çalışıb.

Ukrayna ordusunun çərşənbə axşamı havadan hücumları Rusiya paytaxtını, habelə Ukrayna ilə sərhəddə yerləşən və Rusiyanın başqa bölgələrini hədəf alıb.

Ukraynadan təxminən 775 kilometr uzaqda yerləşən Nijni Novqorod bölgəsinin qubernatoru deyib ki, Ukrayna dronu neft emalı zavodunu yandırıb.

Rusiyanın qərbində Oryol bölgəsinin qubernatoru deyib ki, dronun yanacaq obyektinə düşməsi nəticəsində yanğın baş verib, amma ölən yoxdur.

Bölgə qubernatorunun sözlərinə görə, Ukrayna dronu həmçinin Belqoron bölgəsinə də hücum edib və nəticədə bəzi insanlar elektriksiz qalıb.

Moskvanın meri Sergey Sobyanin deyib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi Rusiya paytaxtına doğru hərəkət edən dronu məhv edib. O, qalıqların hər hansı bir zərər və ya tələfata səbəb olmadığını bildirib.

Tula və Kursk bölgələrinin rəsmiləri də çərşənbə axşamı həmin ərazilərdə Ukrayna dronlarının məhv edildiyini bildirib.

Ukraynada rəsmilər gecə boyu bir neçə regionda hava hücumu ilə bağlı xəbərdarlıqlar edib

Forum

XS
SM
MD
LG