Accessibility links

Rusiya Hələbi yenidən bombalamağa başlayıb


Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, üsyançılar Hələbi boşaldanadək Rusiya və Suriya hökumət qüvvələri şəhəri bombalamağa davam edəcək.

"Humaniyat fasilədən sonra hücumlar bərpa olunub və quldurlar Hələbdə qaldığı müddətdə hücumlar davam edəcək" - deyə Lavrov bildirib. O, bu açıqlamanı Almaniyanın Hamburq şəhərində təhlükəsizlik toplantısında qatılarkən jurnalistlərə verib.

Mən hərbi əməliyyatların tam olaraq dayandığını deməmişim. Mən ərazini tərk etmək istəyən mülki vətəndaların şəhərdən çıxmasına şərait yaratmaq üçün hərbi əməliyyatların müəyyən müddətdə dondurulduğunu bildirmişəm.
Sergey Lavrov

Lavrovun bu şərhi onun Suriya hökumətinin Hələbin şərqində bütün aktiv hərbi əməliyyatlarını dayandırdlığı bəyan etməsindən bir gün sonraya təsadüf edir. Fikirlərinin ziddiyyət təşkil etdiyi bildirilən Rusiya xarici işlər naziri belə cavab verib: "Mən hərbi əməliyyatların tam olaraq dayandığını deməmişim. Mən ərazini tərk etmək istəyən mülki vətəndaların şəhərdən çıxmasına şərait yaratmaq üçün hərbi əməliyyatların müəyyən müddətdə dondurulduğunu bildirmişəm".

"Hamı bunu anlayır, vizim amerikalı tərəfdaşlarımız da bunu başa düşür" - deyə o, əlavə edib.

Lavrovun sözlərinə görə, o, tezliklə daimi sülhə nail olunacağına ümid etsə də, amerikalı diplomatların "qəribə" davranış nümayiş etdirdiyini bildirib.

"Əgər amerikalı ekspertlər əvvəllər dəfələrlə etdikləri kimi fikirlərini yenidən dəyişməsələr, Hələbdə vəziyyətə dair son razılığın əldə olunması üçün yaxşı imkanlar var" - deyə Rusiya xarici işlər naziri vurğulayıb.

BMT Baş Assambleyası bu gün mühasirə və düşmənçiliyə dərhal son qoyulmasına, eləcə də humanitar yardımın çatdırılmasına icazə verilməsinə çağıran icrası məcburi olmayan qətmanəyə dair səsvermə keçirməyi planlaşdırır.

XS
SM
MD
LG