Accessibility links

Amnesty International Rusiyanı insan haqları fəalı İldar Dadini dərhal azad etməyə çağırıb


İnsan haqları qrupu Amnesty International Rusiyanı Kreml əleyhinə "sanksiyalaşdırılmamış" nümayişlərdə iştirak etdiyinə görə həbs edilən İldar Dadini dərhal azad etməyə çağırıb.

Təşkilat açıqladığı bəyanatda həmçinin Rusiya rəsmilərini Dadinin Meduza xəbər agentliyinin veb səhifəsində həbsxanada ona işgəncələr verildiyi barədə dərc edilən məktubundakı iddialarla bağlı təhqiqat aparmağa çağırıb.

"Rusiya Dadinə qarşı edilən haqsızlığa görə tam kompensasiya ödəməlidir, çünki Heç kəs ifadə azadlığına görə həbs edilə bilməz" deyə təşkilatın bəyanatında qeyd edilir.

Moskva məhkəməsi keçən ilin dekabr ayında hökumətə qarşı keçirilən etiraz yürüşlərində iştirak edən İldar Dadini 3 il müddətində azadlıqdan məhrum edib.

O, 2014-cü ildə sanksiyalaşdırılmamış mitinqlərdə iştirakla əlaqədar cəzalar haqqında qəbul edilmiş qanuna əsasən ittiham irəli sürülən ilk şəxsdir.

XS
SM
MD
LG