Accessibility links

Putin İran və Türkiyə liderləri ilə görüşüb


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Tehranda üçtərəfli sammit çərçicəsində görüş zamanı müzakirələr aparır, 19 iyul, 2022.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Tehranda üçtərəfli sammit çərçicəsində görüş zamanı müzakirələr aparır, 19 iyul, 2022.

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Tehranda İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə danışıqlar apararaq, iki ölkə arasında daha sıx əlaqələrə işarə edib. O həmçinin daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müharibənin getdiyi Ukraynadan taxıl ixracını bərpa etmək məsələsini müzakirə etmək məqsədilə görüşüb.

Bu, Moskvanın fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başlamsından sonra Kreml liderinin keçmiş Sovet İttifaqından kənara ilk səfəridir.

“Xamneyi ilə təmas çox vacibdir. Onlar arasında ikitərəfli və beynəlxalq gündəmdə olan ən mühüm məsələlər üzrə etimadlı dialoq yaranıb,” Putinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Moskvada jurnalistlərə deyib.

“Əksər məsələlərdə mövqelərimiz yaxındır və ya üst-üstə düşür”- deyə, Uşakov bildirib.

Ukraynaya qarşı hərbi təcavüzlə bağlı Qərbin hazırda sərt iqtisadi sanksiyaları ilə üzləşdiyi bir vaxt Rusiya İran, Çin və Hindistanla strateji əlaqələri gücləndirməyə çalışır.

Eyni zamanda, Qərbin iqtisadi sanksiyaları və Tehranın nüvə proqramı ilə bağlı ABŞ ilə mübahisələrlə qarşılaşan İran da Rusiya ilə daha sıx əlaqələrin yaradılmasına ümid etdiyini bildirib.

“Hər iki ölkəmiz terrorla mübarizədə yaxşı təcrübəyə malikdir və bu, regionumuzun təhlükəsizliyinin daha da təmin edilməsinə xidmət edib. Ümid edirəm ki, İrana səfəriniz iki müstəqil ölkəmiz arasında əməkdaşlığı gücləndirəcək,” İran prezidenti İbrahim Rəisi Putinlə görüşdən sonra deyib.

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi Tehranda danışıqlardan əvvəl görüşür, 19 İyul 2022.
Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi Tehranda danışıqlardan əvvəl görüşür, 19 İyul 2022.

Putinin Ərdoğanla ikitərəfli danışıqlarında Ukraynanın taxıl ixracının bərpası planı müzakirə edilib.

Rusiya, Ukrayna, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının bu həftənin sonunda Ukraynadan Qara dəniz üzərindən taxıl daşımalarının bərpasına yönəlmiş saziş imzalayacağı gözlənilir.

Birləşmiş Millətlər Təşkilatının sözçüsü Farhan Haq bazar ertəsi jurnalistlərə Rusiya, Ukrayna, Türkiyə və BMT arasında aparılan danışıqlarda irəliləyiş olduğunu, “lakin bu mərhələdə elan ediləcək bir məlumat olmadığını” deyib. O, BMT-nin Baş katib Antonio Quterreşin lazım gələrsə İstanbula getməyə hazır olduğunu bildirib.

BMT-nin məlumatına görə, Quterreş bazar ertəsi Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon söhbəti zamanı davam edən danışıqları müzakirə edib.

ABŞ-ın maliyyə naziri Canet Yellen çərşənbə axşamı Rusiya neftinin ixracına məhdudiyyət qoyulmasına və ölkələri Rusiyanın Ukraynada müharibəsinə qarşı birləşməyə çağırıb.

Yellen “iqtisadi inteqrasiyanın Rusiya tərəfindən silahlandırıldığını” deyərək əlavə edib ki, Rusiya Ukrayna limanlarını bağlamaqla qlobal ərzaq böhranına səbəb olacağı ilə hədələyib.

“Bütün məsul ölkələr bu müharibəyə qarşı birləşməli və onun tez bir zamanda bitirməsi üçün birlikdə çalışmalıdırlar,” Yellen deyib.

Ukrayna ordusu çərşənbə axşamı Rusiyanın Sumının atəşə tutulması, eləcə də Mikolayevdə partlayışlar və Odesaya raket zərbələri daxil olmaqla, ölkənin bir çox bölgəsində hücumlarını davam etdiyini bildirib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, Rusiya Ukraynanın şərqində Donbas bölgəsindəki Donetsk regionunun nəzarətini ələ keçirmək məqsədinə nail ola olmağa çalışaraq, “hələ də daha çox ərazini ələ keçirə bilər”. Lakin nazirlik çərşənbə axşamı gündəlik qiymətləndirməsində bildirib ki, “qüvvələrini yenidən təşkil etmək və yenidən təchiz etmək üçün əməliyyatlarda ciddi fasilə olmadan Rusiyanın irəliləməsi belə görünür sürəti çox yavaş olacaq”.

Ukrayna parlamenti çərşənbə axşamı ölkənin təhlükəsizlik idarəsinin başçısı İvan Bakanov və Baş prokuror İrina Venediktovanı vəzifələrindən azad edilməsinə səs verib. Bu, Zelenskinin dövlətə xəyanət və Rusiya ilə əməkdaşlığa dair yüzlərlə cinayət işi olduğunu əsas gətirərək, həmin məmurların vəzifələrindən kənarlaşdırdığını bəyan etməsindən iki gün sonra baş verib.

Zelenski video-müraciətində Bakanovun rəhbərlik etdiyi Təhlükəsizlik Agentliyinin və prokurorluğun 60-dan çox əməkdaşının Rusiya tərəfindən işğal olunmuş ərazilərdə Ukraynaya qarşı işlədiyini və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı dövlətə xəyanət ittihamı ilə 651 cinayət işinin açıldığını bildirib.

XS
SM
MD
LG