Accessibility links

Rusiya diqqətini Ukraynanın Donetsk vilayətinə yönəldir


Lisiçansk Dövlət Mədən və Sənaye Kolleci. 4 iyul, 2022.

Britaniyanın müdafiə naziri çərşənbə axşamı Rusiyanın Donetsk bölgəsinə nəzarət etmək və Donbas regionunun nəzarətini tamamilə ələ keçirmək məqsədilə Ukraynanın şərqindəki Luhansk bölgəsinin tamamını işğal etmək üçün istifadə etdiyi taktikalardan istifadə edəcəyini bildirib.

“Donbas uğrunda döyüş yavaş irəliləyiş templəri və Rusiyanın kütləvi artilleriyadan istifadə etməsi, bu prosesdə kəndlər və şəhərləri yerlə-yeksan etməsi ilə xarakterizə olunub,” nazirlik bəyanatında bildirib. Donetsk vilayətində döyüşlər demək olar, bu şəkildə davam edəcək.”

Ukrayna qoşunlarının Lisiçansk şəhərindəki son istinadgahlarından çəkiləndən sonra Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Luhansk bölgəsində qələbə elan edib.

Ukrayna bildirib ki, Rusiya qüvvələri indi yarısı Rusiyanın nəzarətində olan Donetsk bölgəsindəki Siversk, Fedorivka və Baxmut şəhərlərinə doğru irəliləyir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bazar ertəsi televiziyada yayımlanan görüşdə Putini Rusiya qüvvələrinin Luhanskın nəzarətini ələ keçirdiyinə dair məlumatlandırıb. Putin isə öz növbəsində deyib ki, “aktiv döyüşlərdə iştirak edən və uğur, qələbə qazanan” hərbi hissələr “dincəlməli, döyüş bacarıqlarını artırmalıdırlar.”

Ukraynanın Luhansk bölgəsinin qubernatoru Serhiy Haidai bazar ertəsi Associated Press-ə bildirib ki, Ukrayna qüvvələri mühasirə olunmamaq üçün Lisiçanskdan geri çəkilib.

“Lisiçanskın mühasirəyə alınmaq riski var idi,” Haidai deyib və bildirib ki, Ukrayna qoşunları bir müddət daha orada qala bilərdi, amma belə bir halda böyük itkilər verərdi.

“Biz mərkəzləşdirilmiş şəkildə geri çəkilməyi və bütün yaralıları evakuasiya etməyi bacardıq,” Haidai deyib. “Biz bütün avadanlıqları geri gətirdik, bu baxımdan geri çəkilmə yaxşı təşkil olundu.”

Haidai Reuters xəbər agentliyinə bildirib ki, Lisiçanskı itirməklə kritik heç nə olmur və Ukrayna tək bir şəhər uğrunda mübarizədə deyil, ümumi müharibədə qalib gəlməlidir.

“Bu, çox ağırdır, amma bununla müharibəni uduzmuruq,” o, bazar ertəsi deyib.

Ukrayna Baş Qərargahı bildirib ki, Rusiya qüvvələri Siversk, Fedorivka və Baxmuta doğru irəliləməklə yanaşı həm də Ukraynanın Sloviansk və Kramatorsk şəhərlərini də atəşə tuturlar.

Ukrayna rəsmiləri bildirib ki, bazar günü Rusiyanın Slovianska hücumu nəticəsində altı nəfər, o cümlədən 9 yaşlı bir qız həlak olub, 19 nəfər yaralanıb. Kramatorsk da bazar günü atəşə məruz qalıb.

Britaniyanın Müdafiə Nazirliyi bazar ertəsi keçirdiyi brifinqdə Donbasda münaqişəni “əzici və tükəndirən” adlandırıb və vəziyyətin gələcək həftələrdə dəyişmək ehtimalının az olduğunu deyib.

Hərbi analitiklər deyir ki, Rusiya ordusu atəş gücündə böyük üstünlüyə malik olsa da, qoşun sayına görə heç bir əhəmiyyətli üstünlüyü yoxdur. Ukrayna Donbasda Qərb ölkələri, o cümlədən Birləşmiş Ştatlar gələn sursatlarla Rusiyanın hücumuna müqavimət göstərməyi ümid edir.

Zelenski bazar ertəsi gecə video müraciətində deyib ki, döyüşlərin davam etməsinə rəğmən ölkəsinin yenidən qurulma işlərinə başlamaq üçün maddi yardıma ehtiyacı var.

“Ukraynanın yenidən qurulması təkcə qələbəmizdən sonra edilməli olanlardan deyil, həm də indi edilməli olanlardan ibarətdir. Və biz bunu tərəfdaşlarımızla birlikdə, bütöv demokratik dünya ilə birgə etməliyik,” o deyib.

Zelenski bazar ertəsi İsveçrənin Luqano şəhərində keçirilən konfransda video müraciət ilə çıxış edib və diqqətini Ukraynanı yenidən qurulması üçün nələrin lazım olduğuna yönəldib.

“Ukraynanın yenidən qurulması tək bir ölkənin lokal işi deyil. Bu, bütün demokratik dünyanın ortaq işidir,” o deyib.

Ukraynanın baş naziri Denis Şmihal bazar ertəsi başlayan və iki gün davam edən konfransda deyib ki, Ukraynanın yenidən qurulması üçün “750 milyard dolların tələb olunacağı təxmin edilir.”

Konfransda onlarla ölkədən, eləcə də beynəlxalq təşkilatlardan və özəl sektordan liderlər iştirak edir.

Bundan əlavə, Zelenski bazar ertəsi Ukraynaya dəstək nümayişi olaraq Kyivə səfər edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla görüşüb.

Bax söz verib ki, Ukrayna bayrağı 2024-cü idlə Parisdə keçiriləcək Olimpiya Oyunlarında “yüksəkdə dalğalanacaq” və Beynəlxalq Olimpiya Komitəsi ukraynalı atletlərin yarışa bilməsini təmin etmək üçün onlara madddi dəstəyi üç qat artıracaq.

Zelenski Rusiya ilə müharibədə 89 atlet və məşqçinin həlak olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG