Accessibility links

Rusiya müstəqil "Dojd" telekanalını "arzuolunmaz" elan edərək, ölkədə nümayişini qadağan edib


Rusiya Baş Prokurorluğu çərşənbə axşamı müstəqil "Dojd" tele-kanalını arzuolunmaz təşkilat elan edərək, ölkədə xəbər mediasına və Rusiyanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirilən qruplara qarşı genişmiqyaslı təzyiqləri davam etdirib.

Bu qərar "Dojd" kanalının Rusiyada fəaliyyət göstərməsini qadağan edir və onun jurnalistlərini, işçilərini və donorlarını potensial cinayət ittihamlarına məruz qoyur.

Kremli tez-tez tənqid edən "Dojd" Ukrayna münaqişəsi başlayandan dərhal sonra Rusiyada fəaliyyətini dayandıraraq, əvvəlcə Latviyaya, sonra isə Hollandiyaya köçüb. Baş prokurorluq "Dojd"un ekstremist materiallar yaydığını və hakimiyyəti nüfuzdan saldığını bildirib.

Kanal Rusiyanın siyasi müxalifətini işıqlandırmaqla və Kremli tənqid etməklə hökuməti narazı qoyurdu. 2014-cü ildə "Dojd" İkinci Dünya Müharibəsi zamanı insanları xilas etmək üçün mühasirədə olan Leninqradın təslim olmalı olub-olmaması ilə bağlı mübahisəli sorğu keçirməsindən sonra Rusiyanın kabel televiziyası sistemlərindən çıxarılıb.

Rusiya son illər sistematik olaraq Kremli tənqid edən insanları və təşkilatları hədəf alaraq, onların bir çoxunu "xarici agent" kimi qələmə verir, bəzilərini isə "arzuolunmaz" təşkilatlara üzvlüyün cinayət hesab edildiyi 2015-ci il qanununa əsasən "arzuolunmaz" elan edir.

XS
SM
MD
LG