Accessibility links

Blinken: Rusiya cəzasız qala bilməz


ABŞ dövlət katibi Antoni Blinken
ABŞ dövlət katibi Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinken cümə günü Hindistan, Yaponiya və Avstraliyadan olan həmkarları ilə görüşdən sonra deyib ki, Rusiya müharibəyə başlayıb, cəzasız qala bilməz.

Dördtərəfli Təhlükəsizlik Dialoqu qrupunun üzvləri Dehlidə keçirilən G-20 toplantısı çərçivəsində bir araya gəlib.

"Quad" (dördlük) kimi tanınan qrup Rusiyanın nüvə silahından istifadə ilə bağlı hədəsinin "qəbuledilməz" olduğunu bildirib.

Keçən ay prezident Vladimir Putin Rusiyanın nüvə silahı müqaviləsində iştirakını dayandırıb və Ukraynanı nüvə silahı ilə hədələyib.

Rusiyanın Ukraynanı işğalı ilə bağlı gündəlik məlumatında Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın müdafiə şirkətlərinin öz məhsullarını böyük beynəlxalq silah sərgilərində nümayiş etdirdiklərini bildirib.

Nazirliyin dediyinə görə, şirkətlər zirehli texnikanın fəaliyyət qabiliyyətini artırmaq üçün nəzərdə tutulan "Arena-E" kimi silahları təbliğ edib.

"Rusiya Zaporijyeyə amansız raket hücumuna görə bizim hərbi və hüquqi cavabımızla üzləşəcək. İşğalçı bizim gücümüzü hiss edəcək" - deyə, Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı etdiyi çıxışında bildirib.

Ukrayna rəsmiləri bildirdiyinə görə, Rusiyaya məxsus raket Ukraynanın cənubundakı Zaporijye şəhərində yaşayış binasına düşüb və azı 3 nəfər həlak olub.

Zelenski Telegram kanalında raketin binanın üç mərtəbəsini dağıtdığını yazıb.

XS
SM
MD
LG