Accessibility links

Rusiya ordusu mayın 22-nə keçən gecə Ukraynaya raket və dronlarla hücumlar edib


Rusiya ordusu mayın 22-nə keçən gecə Ukraynaya raket və pilotsuz təyyarələrlə hücumlar edib və bütün ölkə boyu hava hücumu sirenləri səsləndirilib. Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, Dnepr, Xarkiv və Odessada partlayışlar eşidilib“.

SuspilneZerkalo Nedeli Dnepr şəhərində iki güclü partlayışın baş verdiyini bildirib. İlkin məlumatlara görə, orada hava hücumundan müdafiə sistemləri işləyib. Zerkalo Nedeli-nin bildirdiyinə görə, Xarkivdə də partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri işləyib.

Regional hərbi administrasiyanın rəhbəri Sergey Lısakın dediyinə görə, Dneprdə 15-ə yaxın partlayış olub. O, xilasetmə idarəsi və özəl müəssisə binalarına, bir neçə avtomobilə və xüsusi texnika bölməsinə ziyan dəydiyini bildirib.

Dnepropetrovsk vilayətinə endirilən zərbə nəticəsində 27 yaşlı gənc yaralanıb. Sinelnikovski rayonunun İllarionovskaya icmasına pilotsuz təyyarə düşüb. Bir neçə fərdi və yaşayış binasına, uşaq bağçasına, mağazalara və inzibati binalara ziyan dəyib. Nəticədə 7 nəfər xəsarət alıb.

Zerkalo Nedeli-nin məlumatına görə, Dneprdə azı 40 partlayış olub. Şəhərə "Şahed" tipli dronlar, "Kh22" tipli raketlər, müxtəlif növ ballistik - "İskəndər-K", "İskəndər-M" və çox ehtimal ki, "S-400" raketləri ilə hücumlar edilib.

Daha sonra Suspilne-nin müxbirləri Kyivin nəzarətindəki Zaporijye şəhərində, ICTV kanalı isə Nikolayiv vilayətində partlayışlar barədə məlumat verib.

Mayın 21-i axşam saatlarında Rusiya ordusu Odessa vilayətinə pilotsuz uçan aparatı göndərib. Odessa Vilayət Hərbi Administrasiyası yanındakı İctimai Şuranın spikeri Sergey Bratçuk Teleqram kanalında hava hücumundan müdafiə sisteminin işi barədə danışıb. Məlumatda Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin Qara dəniz üzərində pilotsuz uçuş aparatını vurduğu bildirilib.

Operativ "Cənub" komandanlığı Rusiyanın iki reaktiv yaylımçısının Qara dənizdə növbə çəkdiyi və onların ümumi "12 kalibr" yaylım atəşli ola biləcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG