Accessibility links

Rusiyanın Kramatorska endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb


Rusiya ordusunun Kramatorska endirdiyi zərbələr nəticəsində uşaqlar da daxil olmaqla, ölənlərin sayı 9 nəfərə çatıb, 61 nəfər isə yaralanıb.

"İyunun 28-də saat 07:00-a olan məlumata görə, səkkiz nəfərin (o cümlədən üç uşaq, ikisi 2008 və 2011-ci il təvəllüdlü) cəsədi kafe binasının dağıntıları altından çıxarılıb" - deyə, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatında bildirilib.

2022-ci il təvəllüdlü uşaq da daxil olmaqla, ümumilikdə 60 nəfər xəsarət alıb. Üç nəfəri xilas etmək mümkün olub.

İyunun 27-də axşam saatlarında rus qoşunları Kramatorsku raket atəşinə tutub. Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə, ümumilikdə iki raket atılıb - biri şəhərin mərkəzinə, ikincisi isə (Kramatorskdan səkkiz kilometr aralıda yerləşən) Belenki kəndinə.

Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenkonun dediyinə görə, hücum "böyük insan izdihamının" olduğu restorana edilib. Bir neçə ev, mağaza, kafe və digər müəssisələrə də ziyan dəyib.

Ukrainska Pravda-nın mənbələrə istinadən bildirdiyinə görə, Rusiya hərbçiləri S-300 sistemlərindən istifadə edib.

Kramatorskda axtarış-xilasetmə əməliyyatları davam edir. Dağıntılar altında yetkinlərlə yanaşı uşaqlar da qala bilər.

XS
SM
MD
LG