Accessibility links

Rusiya Odessa vilayətinin liman infrastrukturunu yenidən raket atəşinə tutub


İyulun 27-nə keçən gecə Rusiya Odessa vilayətinin liman infrastrukturuna raket zərbələri endirib və nəticədə bir nəfər həlak olub. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

Onun sözlərinə görə, "Kalibr" raketləri Qara dənizdəki sualtı qayıqdan atılıb. Raket hücumu nəticəsində yük terminallarından birinin avadanlığı zədələnib, mühafizə binası və iki avtomobil sıradan çıxıb, 44 yaşlı mühafizəçi dünyasını dəyişib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının məlumatına görə, Rusiya hücuma cənub-şərq istiqamətindən keçib. Ümumilikdə bir sualtı qayıqdan iki "Kalibr" qanadlı raketinin buraxılışı qeydə alınıb. Hücum zamanı İranın "Şahed" kamikadze pilotsuz təyyarələridən də istifadə edilib.

Xəbərdə deyilib ki, bütün pilotsuz təyyarələr Xmelnitski, Dnepropetrovsk və Donetsk vilayətləri daxilində Hərbi Hava Qüvvələri tərəfindən vurulub.

Son günlər regionda dəfələrlə həyata keçirilən hücumların əsas hədəfləri Odessanın liman infrastrukturuna qarşı həyata keçirilib.

İyulun 23-nə keçən gecə Odessaya edilən genişmiqyaslı hücum nəticəsində Spaso-Preobrajenski kilsəsi zədələnib, yaşayış binaları və mülki infrastruktur dağıdılıb.

XS
SM
MD
LG