Accessibility links

Rusiyanın Ukraynaya hücumunun 6-cı günü - Xarkov güclü atəş altındadır


Rusiyanın qonşusuna təcavüzünün altıncı günü Ukraynanın ikinci böyük şəhəri Rusiya qüvvələri tərəfindən artan atəşlərlə qarşılaşıb. Rusiya ordusunun hərbi koloniyası isə Ukraynanın paytaxtı Kiyevin şimalındakı yol boyunca uzanıb.

Ukrayna Xarici İşlər Nazirliyinin paylaşdığı videoda şəhərin mərkəzində yerləşən Xarkov Regional Dövlət Administrasiyasının binasına hücumlardan birinin nəticəsində nəhəng alov və tüstü görüntüləri göstərilib.

"Rusiya beynəlxalq humanitar hüququ pozaraq müharibə aparır. Mülki vətəndaşları öldürür, mülki infrastrukturu məhv edir. Rusiyanın əsas hədəfi indi onun raketləri ilə vurduğu böyük şəhərlərdir” - deyə, nazirlik Twitter səhifəsində yazıb.

Zərbə nəticəsində ölənlər barədə məlumat verilməsə də, Xarkov rəsmiləri Rusiyanın hücumları nəticəsində azı 11 nəfərin öldüyünü və onlarla insanın yaralandığını bildirib.

Kyivdən şimalında yerləşən Rusiya qüvvələri paytaxta hücumla bağlı qorxular fonunda yaxından izlənilir. ABŞ-ın Müdafiə Nazirliyi rəsmiləri və Britaniya kəşfiyyatının bildirdiyinə görə, konvoy son günlər şəhərə doğru çox irəliləməyib. Bir ABŞ rəsmisinin bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada "əsas zərbənin" şəhərdən 25 kilometr məsafədə olduğunu deyib.

Maxar Technologies-in peyki ilə bazar ertəsi çəkilmiş görüntülərdə konvoyun uzunluğunun daha da artdığı, təxminən 64 kilometr uzandığı göstərilib.

“Düşmən üçün Kiyev əsas hədəfdir. Biz onlara paytaxtın müdafiəsini qırmağa imkan vermədik və onlar bizə təxribatçılar göndərir. Biz onların hamısını zərərsizləşdirəcəyik”, Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi axşam saatlarında etdiyi video-müraciətində deyib.

Kremlin bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Fransa lideri Emmanuel Makronla telefon danışığı zamanı deyib ki, nizamlanma yalnız Rusiyanın “qanuni təhlükəsizlik maraqları”, eləcə də Ukraynanın silahsızlaşdırılması nəzərə alınarsa baş verə bilər.

XS
SM
MD
LG