Accessibility links

Ukraynada döyüşən rus əsgərlərinə qış forması verilmir


Murmanskdan olan 100-ə yaxın əsgər Ukraynada qış paltarsız qalıb. Bu barədə "7x7" nəşrinə Murmansk vilayətinin 80-ci motoatıcı briqadasının hərbçisi məlumat verib.

Hərbçinin adı açıqlanmayıb. O, may ayında qısamüddətli müqavilə imzaladığını deyib. Onun sözlərinə görə, hazırda onların yerləşdiyi yerdə yağış yağmasına, havanın soyuq olmasına baxmayaraq, onlara isti paltar verilməyib. Əsgərlər qış paltarını öz hesablarına almalıdırlar.

"Biz öyrəndik ki, bizə qış paltarını yayda veriblər, yalnız rota komandiri bunu dərhal döyüş zamanı itki olaraq qeydə alıb”"- deyə, hərbçi bildirib.

"7x7" yazır ki, redaksiyada briqada komandirinin əsgərlərə aid əşyaların düşmən tərəfindən məhv edilməsi barədə məlumat var.

Səfərbərlik başlayandan həm cəbhəyə çağırılanlar, həm də onların yaxınları səfərbər olunanlara köhnəlmiş silahlar, köhnə formalar verildiyini və onların ən zəruri əşyalarının olmadığını deyib.

Rusiyanın müxtəlif bölgələrində Ukraynaya müharibəyə göndərilməzdən əvvəl səfərbər olanlar üçün "humanitar yardım" toplanacağı elan edilir. Onların çoxu öz hesablarına forma, ilk yardım çantası və digər əşyalar alır.

423-cü motoatıcı Kantemirovskaya diviziyasının səfərbər edilmiş alayı "Nastoyaşeye Vremya"nın müxbirinə əsgərlərin şəraitindən danışıb. Onların sözlərinə görə, işləməyən santexnika, soyuq, antisanitariya şəraitindəki, dağılmaqda olan ikimərtəbəli kazarmada 350 nəfər yerləşdirilib. Səfərbər edilənlərə köhnə forma verilib.

XS
SM
MD
LG