Accessibility links

Rusiya ilə Ukrayna arasında gərginlik artır [Video]


Rusiya ilə Ukrayna arasında gərginlik artır
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Rusiya ilə arasında gərginlik artıdığına görə, Ukrayna ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib. Kiyev Moskvanı iki ik əvvəl ilhaq etdiyi Krımda qoşunları artırmaqda, Moskva da öz növbəsində Kiyevi Krıma müdaxilədə ittiham edir. Bəzi ekspertlər dünyanın diqqətinın başqa yerlərə yönəldiyinə görə münaqişənin yenidən bərpasına ehtiyac olduğunu deyir.

İki il əvvl - Bura Ukraynanın Azadlıq Meydanıdır. Polis etirazçılara atəş açır. 50-dən çox insan yaxından atılan güllə ilə öldürülüb. Nəticə rusiyayönümlü prezident Viktor Yanukoviçin devrilməsi və Rusiyanın Krımı ilhaqı oldu.

Hazırda isə Rusiya ilə yeni münaqişənin başlanacağından ehtiyat edən Ukrayna ordusu hazırlıq vəziyyətinə gətirilib. Moskva Krımla Ukrayna arasındakı yollardan üçünü bağlayıb. Kiyev Rusiyanı Donbas regionunda və iki ölkə arasındakı sərhəddə hərbi qüvvələrini artırmaqda ittiham edir.

Potomak fondundan Filip Karber işğal potensialının açıq-aydın olduğunu deyir. “Onlar 20-ci orduda dəyişikliklər etdi və yeni tank ordusu yaratdı. Soyuq müharibənin sona çatmasından sonra rusların tank ordusu yox idi. Demək ki, onlar geriyə dönüb.”

Lakin Rusiya Ukraynanı Krıma daxil olmaq planı qurduğunu və bunun provakasiya olduğunu deyir. Moskva Krımın ifrastrukturunu zədələmək üçün bomba hücumu həyata keçirmək istəyən şübhəlinın videosunu yayımlayıb. Prezident Vladimir Putin isə bunun terror taktikası olduöunu deyib. “Bu, öz xalqını talayan və hakimiyyətə qalmağa çalışan bir şəxsin ictimaiyyətin diqqətini yayındırmaq və münaqişəyə təhrik edilməsi üçün hazırlanan bir plandır.”

Krım şəhərinin yaxınlığındakı Dyankoy sakinləri hazırda sərhəddə sakitlik olduğunu deyirlər.

Müşahidəçilər hər iki tərəfin nəyəsə, böyük bir şeyə hazırlaşdıqlarını, Moskva təhlilçiləri isə dünya üçün gözlənilməz olan genişmiqyaslı döyüşlər gözləndiyini deyirlər.

XS
SM
MD
LG