Accessibility links

Rusiya ordusu Avdiyivka istiqamətində yeni taktikadan istifadə edir


Rusiya qoşunları cümə axşamı Avdiyivka istiqamətində kiçik hücumlar həyata keçirsə də, əsasən hava zərbələrinə arxalanıb. Oktyabrın ortalarından bəri Rusiya qüvvələri Donetskdən 20 kilometr aralıda yerləşən Avdiyivka bölgəsində hücum döyüşləri aparır.

"İşğalçı qüvvələr artıq ikinci gündür ki, kamikadze pilotsuz uçan aparatlardan və təyyarələrdən fəal şəkildə istifadə edir. Toqquşmaların sayı xeyli artıb" - deyə, Ukrayna ordusunun sözçüsü Aleksandr Ştupun milli televiziya ilə çıxışında bildirib.

Onun sözlərinə görə, cənub əməliyyatlarında rusların itkiləri həm canlı qüvvə, həm də texnika baxımından kəskin şəkildə artıb.

Ukrayna Baş Qərargahı axşam bülletenində bildirib ki, Ukrayna Silahlı Qüvvələri Avdiyivka və qonşu kəndlərdə səhər saatlarında 34 hücumdan 15-ni dəf edib.

Espresso TV-nin bildirdiyinə görə, rus qoşunları şimaldan irəliləsə də, şəhər mərkəzindən kənarda "sənaye zonasına" doğru irəliləyə bilməyib.

Ukrayna hərbçisi Andriy Şişukin dediyinə görə, Rusiyanın yeni taktikası döyüşə beş nəfərə qədər qrupların zirehli maşınlar və havadan dəstəklə göndərməkdən və irəliləyiş zamanı ağır artelleriyadan istifadə etməkdən ibarətdir.

Şişuk rus qoşunlarının ciddi irəliləyiş əldə etmədiyini deyib. O, Ukrayna prezidenti Volodimir Zelenskinin şəhərlər və digər müdafiə məntəqələri ətrafında əlavə istehkamlar qurmaq çağırışını dəstəkləyərək, bunu "hücum bölmələri deyil, mühəndis bölmələrinin" inşa etməli olduğunu bildirib.

Avdiyivka ətrafındakı istehkamlar Ukrayna qüvvələrinin 2014-cü ildə Ukraynanın şərqindəki bəzi hissələrinə nəzarəti ələ keçirən rusiyayönlü separatçıların şəhəri qısa müddətə ələ keçirməsindən sonra inşa edilib.

Rusiyanın rəsmi mənbələri Avdiyivkanın adını nadir hallarda çəkir. Rusiyalı hərbi blogerlər cümə axşamı bildiriblər ki, Moskva qüvvələri şəhərin şimalındakı Stepovoye kəndi yaxınlığında irəliləyiş əldə edib və sənaye zonasında vəziyyəti "sabitləşdirib".

Reuters xəbər agentliyi hər iki tərəfdən gələn xəbərləri müstəqil olaraq təsdiq edə bilməyib.

Forum

XS
SM
MD
LG