Accessibility links

Ukrayna və Rusiya bir-birilərinin dronlarını vurub


Ukrayna ordusu cümə axşamı bildirib ki, Rusiya gecə dron və raketlərlə hücumlar edib, Rusiya isə Ukraynanın Prezident Vladimir Putinin ilin yekununa dair keçirəcəyi mətbuat konfransından bir neçə saat öncə Moskva ərazisini hədəf alan hava hücumları həyata keçirdiyini bildirib.

Ukraynanın hava qüvvələri Rusiya qüvvələrinin, əsasən Ukraynanın cənubundakı Odesa bölgəsi üzərində atdığı 42 drondan 41-ni vurduğunu bildirib.

Odesanın bölgə qubernatoru Oleh Kiper Telegramda bildirib ki, düşən qalıqlar bir neçə binaya, o cümlədən yataqxanaya ziyan vurub. O deyib ki, ən azı 11 nəfər yaralanıb.

Kiper bildirib ki, Rusiya qüvvələri İzmail ərazisində, Danube çayı sahilindəki liman infrastrukturuna hücum edərək, bir neçə anbarı məhv edib.

Rusiya Müdafiə Nazirliyi gecə bildirib ki, hava hücumundan müdafiə qüvvələri Moskva və Kaluqa bölgələri üzərində doqquz Ukrayna dronunu məhv edib.

Moskva meri Sergey Sobyanin xəbər verib ki, dronlardan ikisi Rusiya paytaxtının cənub-qərbindəki Naro-Fomink şəhəri yaxınlığında vurulub. Sobyanin ziyan və ya tələfat barədə məlumatın olmadığını deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG