Accessibility links

Ukrayna Rusiyanın 29 dronunu məhv etdiyini bildirir


Ukrayna ordusu bazar ertəsi Rusiyanın keçən gecə həyata keçirdiyi hücumlarda istifadə etdiyi 29 pilotsuz uçuş aparatının hamısını məhv etdiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri dronların Lviv, Mikolayiv, Odesa və Poltava vilayətləri üzərində məhv edildiyini, bölgə rəsmiləri isə itki və dağıntıların olmadığını bildirib.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, 5-i Belqorod vilayəti, 2-si Kursk vilayəti üzərində olmaqla, Ukraynaya məxsus 7 pilotsuz təyyarəni məhv edib.

Bazar günü Rusiyanın Xarkiv şəhərinin yaxınlığındakı izdihamlı kurorta etdiyi raket hücumları nəticəsində azı 11 nəfər ölüb.

Kurortun polis müfəttişi Yaroslav Trofimko "Burada heç vaxt əsgər olmayıb. Bazar günü idi, insanlar buraya dincəlmək üçün gəlmişdi. Burada uşaqlar, hamilə qadınlar istirahət etməli, normal həyat tərzi keçirməli idilər" deyib.

Ukrayna prezidenti Volodimir Zelenski yenidən Qərb müttəfiqlərindən Xarkiv və Ukraynanın digər şəhərlərini qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemləri istəyib.

"Dünya Rusiya terrorunu dayandıra bilər və bunun üçün liderlər arasında siyasi iradə çatışmazlığı aradan qaldırılmalıdır" - deyə, Zelenski sosial mediada bildirib.

Zelenski raketdən müdafiə sistemlərinə istinad edərək, "Xarkiv üçün iki "Patriot" əsaslı fərq yaradacaq" deyə, əlavə edib. O, həmçinin bildirib ki, digər şəhərlər üçün hava hücumundan müdafiə sistemləri və cəbhə xəttindəki əsgərlərə dəstək Rusiyanın məğlubiyyətini təmin edəcək.

Bu arada, Ukrayna hərbçiləri bazar günü Rusiyanın cənubundakı Belqorod vilayətinin iki şəhərini atəşə tutub. Nəticədə 3-ü uşaq olmaqla, azı 13 nəfər yaralanıb, yaşayış məntəqələrinə ziyan dəyib. Bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib. Qladkovun dediyinə görə, bir neçə yaşayış binası zədələnib.

Ukrayna ordusu Rusiya ilə sərhəd bölgələrindəki şəhər və kəndlərə tez-tez hücumlar təşkil edir.

Interfax xəbər agentliyi bazar günü Ukraynanın Rusiya bölgələrinə 62 pilotsuz uçuş aparatı ilə hücum etdiyini, bu səbəbdən Rusiyanın Krasnodar vilayətində yerləşən Slavyansk neft emalı zavodunun fəaliyyətini dayandırmalı olduğunu bildirib.

Ukrayna kəşfiyyatının Kyivdəki mənbəsinin Reuters xəbər agentliyinə bildirdiyinə görə, Ukraynanın təhlükəsizlik xidməti və pilotsuz təyyarələri gecə saatlarında Slavyansk neft emalı zavoduna və Krasnodar vilayətindəki hərbi aerodroma zərbələr endirib.

Forum

XS
SM
MD
LG