Accessibility links

Rusiya Ukraynanın 47 pilotsuz təyyarəsini və raketlərini məhv etdiyini bildirib


Rusiya Müdafiə Nazirliyi bazar ertəsi ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin keçən gecə Ukraynanın 31 pilotsuz təyyarəsini və 16 raketini məhv etdiyini bildirib.

Nazirliyin bildirdiyinə görə, Rusiyanın işğal etdiyi Krım səmasında 7 pilotsuz uçuş aparatının və 4 idarə olunan raketin, Kursk səmasında 8 pilotsuz təyyarənin, Lipetsk vilayətində 4 pilotsuz təyyarə vurulub.

Ukraynanın hücumunun mərkəzi həmsərhəd Belqorod vilayəti olub. Rusiya Müdafiə Nazirliyi Belqorod səmasında 12 pilotsuz təyyarə və 12 idarə olunan raketi məhv etdiyini bildirib.

Bazar ertəsi vilayət qubernatoru Belqoroda hücumun Ukraynanın raket hücumu nəticəsində azı 15 nəfərin ölümü və 30-dan çox insanın yaralanmasından bir gün sonra baş verdiyini bəyan edib.

Vilayətin qubernatoru Oleh Sinehubovun sözlərinə görə, cümə günü Rusiyanın gözlənilməz əks-hücum əməliyyatına başlamasından bəri Ukraynanın şimal-şərqindəki Xarkiv vilayətindən 4000-dən çox insan qaçıb.

Rusiya qüvvələri artilleriya və minaatanlardan istifadə edərək, bölgədəki şəhər və kəndləri bombalayıb.

Rusiya qüvvələrinin sərhəd boyunca mübahisəli "boz zonalar" adlanan əraziləri ələ keçirməsindən sonra Ukraynanın azı bir bölməsi Xarkiv vilayətindən geri çəkilib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü döyüşlərin Rusiyanın hücumundan sonra minlərlə insanın didərgin düşdüyü Xarkiv vilayətinin sərhədin bəzi hissələrində getdiyini söylədi.

Zelenski"“Sərhəd xəttimizin böyük bir hissəsində şiddətli döyüşlər davam edir. Xarkiv vilayətinə hücumların məqsədi qüvvələrimizi dağıtmaq və ukraynalıların mənəvi və motivasiyasını sarsıtmaqdır" deyib.

Forum

XS
SM
MD
LG