Accessibility links

Ukrayna Rusiyanın Xersona hücumu nəticəsində 9 nəfərin yaralandığını bildirib


Ukrayna rəsmiləri dekabrın 19-da Rusiyanın ölkənin cənubundakı Xerson şəhərinə hava hücumu nəticəsində dördü uşaq olmaqla, doqquz nəfərin yaralandığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, Rusiya qüvvələri Kyiv, Odesa, Xerson və digər 6 bölgəni 19 pilotsuz təyyarəsi ilə hədəf alıb.

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın 19 pilotsuz təyyarəsindən 18-ni vurub.

Kyiv hərbi administrasiyasının rəhbəri Serhiy Popko Kyivdə itkilər və dağıntılar barədə məlumat olmadığını bəyan edib.

Hərbçilərin dediyinə görə, Rusiya Ukraynanın şərqindəki Xarkivə də iki idarə olunan raket atıb.

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı bildirib ki, ölkənin müdafiə rəsmiləri Rusiya ilə döyüşlərdə ordu sıralarını doldurmaq üçün əlavə 450-500 min ukraynalıya ehtiyac olması isə bağlı müraciət ediblər.

İlin sonunda keçirdiyi mətbuat konfransında Zelenski çağırışla bağlı yekun qərar verilmədiyini və bu məsələni ölkənin yüksək səviyyəli hərbi rəsmilərinin müzakirə edəcəklərini deyib.

"Mən bunu dəstəkləmək üçün mənə daha çox sübut lazım olacağını dedim. Çünki ilk növbədə bu, insan məsələsidir. İkincisi, bu, ədalət məsələsidir. Bu, müdafiə qabiliyyəti məsələsidir. Və bu, maliyyə məsələsidir", Zelenski deyib.

Rusiya prezidenti Vladimir Putin Moskvada Ukraynanın iyun ayında başlayan əks-hücumunu dəf etdiyinə görə ölkəsinin qüvvələrini tərifləyib.

O, çərşənbə axşamı hərbi rəhbərlərlə görüşü zamanı "Qoşunlarımız təşəbbüsü əlində saxlayır. Biz gərək olduğunu düşündüyümüz şeyi effektiv şəkildə edirik. Biz istədiyimizi edirik" deyib.

Ukraynanın Rusiya qüvvələrinə qarşı əks-hücum əməliyyatı ölkənin şərq hissəsində məhdud ərazi qazanmaları ilə dayanıb.

Forum

XS
SM
MD
LG