Accessibility links

Ukrayna Rusiyanın 28 dronundan 24-nü vurub


Rəsmilərin bildirdiyinə görə, Rusiyanın pilotsuz təyyarələrinin cümə günü səhər tezdən Ukraynanın paytaxtı Kyivə hücumları azı iki nəfərin yaralanmasına səbəb olub. Bu ay şəhərə altıncı pilotsuz təyyarə hücumu olub.

Ukrayna Rusiyanın Kyiv istiqamətinə atdığı İran istehsalı olan 28 drondan 24-nü vurduğunu bildirib.

Şəhərin meri Vitali Kliçko və digər rəsmilər ayrı-ayrı yaşayış məhəllələrinə hücumlar edildiyini bildiriblər.

Mer əlavə edib ki, dron Solomyanski rayonundakı çoxmənzilli binanı vurub və binada yanğın baş verib.

"Yuxarı mərtəbələr alov içərisindədir. Təcili yardım briqadaları hadisə yerindədir" - deyə, Kliçko bildirib.

Reuters xəbər agentliyi binanın doğum evindən cəmi bir neçə yüz metr aralıda yerləşdiyini bildirib.

Şəhərin digər yerlərində də yaşayış binalarına ziyan dəyib.

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı Rusiyanın hərbi planlaşdırması və hərəkətlərinin ləngiməsinə dair əlamətlərin olduğunu deyib.

Zelenski gecə etdiyi video-müraciətində "Biz onların ləngimələrini dəstəkləməyə davam edəcəyik" deyib.

Həmçinin cümə axşamı daxili işlər naziri İhor Klimenkonun dediyinə görə, Donetsk vilayətinin Toretsk şəhərindəki iki kömür mədəninin yaxınlığına Rusiya bombalarının düşməsi nəticəsində 3 nəfər ölüb, azı 5 mülki şəxs yaralanıb.

Ukrayna ordusu cümə axşamı bildirib ki, Rusiya qüvvələri gecə ərzində 35 pilotsuz uçuş aparatdan istifadə edərək, bir çox bölgəyə hücum edib.

Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin Kyiv, Dnepropetrovsk, Xerson, Mikolayiv, Çernihov və digər əraziləri hədəf alan dronlardan biri istisna olmaqla, hamısını vurduğunu bildirib.

Yerlərdə tələfat və dağıntılar barədə məlumat verilməyib.

Dnepropetrovsk vilayətinin cənubundakı Nikopol şəhərinin rəsmiləri Rusiyanın hücumu nəticəsində iki nəfərin öldüyünü bildirib.

Forum

XS
SM
MD
LG