Accessibility links

Rusiyanın xarici işlər naziri Ukraynada müharibədə Qərbi günahlandırır


Rusiyanın Ukraynaya hücumunun 6-cı günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və müttəfiqlərini Kyivdə neo-nasist rejimi adlandırdığı rejimlə sövdələşmədə günahlandırıb. Ukrayna və Qərb Rusiyanın Ukrayna şəhərlərinə əsassız hücumlar etdiyini bildirir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışmağa başlayan kimi BMT-nin İnsan Hüquqları Şurasının palatasındakı insanların çoxu ayağa qalxaraq, kollektiv şəkildə zalı tərk edib. Lavrovun bundan xəbəri olmayıb, belə ki, onun sözlərinə görə, şura qarşısında planlaşdırdığı kimi şəxsən yox, videobağlantı vasitəsilə çıxış etməyə məcbur məcbur olub.

Lavrov qəzəblə Avropa İttifaqını onun hava məkanı üzərindən Cenevrəyə uçmasına mane olmaqla, onun hərəkət azadlığı hüququna müdaxilə etməkdə ittiham edib. Bundan sonra isə o, növbəti 20 dəqiqəni Vaşinqtonun başçılıq etdiyi “kollektiv Qərb” siyasətini pisləyib. Onun iddia etdiyinə görə, bu, Kyiev rejiminin 2014-cü ildən bəri öz xalqı ilə müharibəyə başlamasına səbəb olub.

O, Ukrayna rejimini cinayət əməllərində və separatçı Donetsk və Luqansk bölgələrində Rusiya və rusdilli vətəndaşlara qarşı səkkiz illik müharibəyə başlamaqda ittiham edib.

Bu ifadələr beynəlxalq ictimaiyyətin əksəriyyətinin fikri ilə tamamilə ziddiyyət təşkil edir.

Lavrovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin həmin bölgələrdəki insanların taleyinə biganə qala bilməzdi və o, bölgələrin müstəqilliyini tanımaq, sakinləri qorumaq üçün xüsusi hərbi əməliyyata başlamaq qərarına gəlib.

Hərbi müdaxilənin bu şəkildə əsaslandırılmasını daha əvvəl Putin özü səsləndirmişdi. Bu, hərbi hücuma presedenti olmayan sanksiyalarla cavab verərək Qərb ölkələrinin əksəriyyətinin hökumətləri tərəfindən sürreal dezinformasiya kampaniyasının bir hissəsi kimi rədd edilib. Lavrov onları da kəskin tənqidə məruz qoydu. O, tərcüməçi vasitəsilə danışırdı.

“Qərb Rusiyaya qarşı qəzəbini tökmək istəyində özünə nəzarəti açıq şəkildə itirib və onun yaratdığı bütün təsisatları və qaydaları, o cümlədən mülkiyyət toxunulmazlığını məhv etmək dərəcəsinə çatıb. BMT nizamnaməsinə əsasən dövlətlərin suveren bərabərliyi əsas prinsipdir. Bu, İnsan Haqları Şurasına da aiddir” - deyə, Lavrov bildirib.

“Qərb Rusiyanın üzərinə qəzəbini tökmək istəyində özünə nəzarəti açıq şəkildə itirib və yaratdığı bütün təsisatları və qaydaları, o cümlədən mülkiyyət toxunulmazlığını məhv etməyə qədər irəli gedib... Dövlətlərin suveren bərabərliyi BMT-nin Nizamnaməsinin əsas prinsipidir. Bu, İnsan Hüquqları Şurasının işinə də tamamilə aiddir”.

BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin nizamnaməsinin bu cür təqdimatı ilə razılaşmır. Putinin hərəkətlərinə cavab olaraq o bildirib ki, Donetsk və Luqansk vilayətlərinin “müstəqilliyi” Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulmasıdır. Quterreş bunun Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin prinsiplərinə zidd olduğunu bildirib.

Lavrovun çıxışı zamanı BMT-nin Qaçqınlar üzrə Agentliyinin sözçüsü Şabia Mantu bildirib ki, ukraynalı qaçqınların sayı durmadan artmaqdadır.

“Təkcə son altı gündə Ukraynadan qonşu ölkələrə 660 mindən çox qaçqınımız var. Bu, hökumətlər tərəfindən təqdim edilən və BMT-nin Qaçqınlar Agentliyi tərəfindən tərtib edilən son məlumatlara əsaslanır. Bu sürətlə gedərsə, vəziyyət bu əsrdə Avropada ən böyük qaçqın böhranına çevriləcək və BMT Qaçqınlar Agentliyi buna mümkün qədər tez və effektiv cavab vermək üçün resursları səfərbər edir”.

Mantu bildirib ki, qaçqınların əksəriyyəti Polşa, Macarıstan, Moldova, Rumıniya və Slovakiyaya, bəziləri isə digər Avropa ölkələrinə keçib. O, xeyli sayda insanın Rusiya Federasiyasına getdiyini qeyd edərək, onlara ölkə hökumətinin cavabdeh olduğunu əlavə edib.

XS
SM
MD
LG