Accessibility links

Rusiya Lvivə raket zərbəsi endirib, 4 nəfər ölüb


İyulun 6-na keçən gecə Rusiya hərbçiləri Lvivə raket zərbəsi endirib. Dörd nəfərin öldüyü, 50-yə yaxın binanın zədələndiyi bildirilib. Yerli hakimiyyətin bildirdiyinə görə, bu, müharibə başlayandan bəri Lvivin mülki infrastrukturuna ən böyük hücumdur.

Lviv şəhərinin meri Andrey Sadovıy deyib ki, raket parçaları yaşayış binasına düşüb. O, Telegram kanalında "Fövqəladə hallar işçiləri insanları dağıntılar altından çıxarır" yazıb.

Vilayət administrasiyasının rəhbəri Maksim Kozitski söhbətin çoxmənzilli binadan getdiyini deyib. "Yanğın baş verib, lakin tez söndürülüb. Zərərçəkənlər var. Xilasedicilər dağıntıları təmizləyir" - deyə, Kozitski bildirib.

Bundan əvvəl o, Lvivdəkı hücum nəticəsində mühüm infrastruktur obyektinin zədələndiyini bildirmişdi.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin son məlumatına görə, Rusiyanın Lvivə raket hücumu nəticəsində 4 nəfər həlak olub. Vilayət administrasiyasının rəhbəri Maksim Kozitski daha sonra yaralıların sayının 34 nəfərə çatdığını bəyan edib.

Sadovıyın sözlərinə görə, yaşayış binasının üzərinə Rusiya raketinin parçalarının düşməsi nəticəsində 60-a yaxın mənzil və 50 avtomobilə ziyan dəyib. Mer əlavə edib ki, sadəcə olaraq evlərin damları uçub, ofis kompleksi, Lviv Politexnik Universitetinin yataqxanası zədələnib. Ərazidə operativ qərargah fəaliyyət göstərir. İnsanlar köçməyə hazırlaşır.

"Axtarış-xilasetmə əməliyyatı davam edir. Saat 07:00-a olan məlumata görə, 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları 7 nəfəri xilas edib, 64 nəfər təxliyə edilib", Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib.

XS
SM
MD
LG